Page 168 - Islamic Studies 03
P. 168
Quranın Hərtərəfli olmaq …/ (167
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə
gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün
mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan
yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən
diriltməsində, cins-cins heyvanları onun hər tərəfə
yaymasında, göylə yer arasında ram edilmiş küləyin və
buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın
1
hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.
Sonuncu ayədə Allah yenə ümumi şəkildə göy, yer və yerdə
olan külək, yağmur və bulud kimi varlıqları, eləcə də
heyvanları tək olan Allahın varlığına bir sübut kimi nümunə
gətirir.
Düşünürəm ki, “ Allahı tanımaq” mövzusu haqqında
gətirdiyimiz ayələr kifayət edər. Amma əgər Quranı diqqətlə
oxusaq, mövzuya aid çox sayda ayələrə rast gəlmək olar. Bir
qədər əvvəldə demişdik ki, islamda irfanın xüsusi yeri var.
Ona görə də mövzuya aid həm Quran ayələri, həmdə çox
sayda hədislər mövcuddur. Bəzi Quran ayələri ilə tanış
olduqdan sonra, sıra hədislərə çatdı və bunu nəzərə alaraq
aşağıda “İrfan” mövzusuna aid bəzi hədisləri gətiririk.
Allahı tanımaq, insanın həyatındakı ən önəmli mövzusudur.
Əgər insan öz yaradanını tanımasa, onun kimliyi və hansı
xüsusiyyətlərə malik olduğundan xəbərsiz olarsa, yaşayışını
düzgün qurub, lazım olan istiqamətdə addımlaya bilməz. Yəni
yaradanı tanımadan düzgün həyat tərzi yaşamaq mümkün
deyil.
Bəqərə, 164. 1