Page 167 - Islamic Studies 03
P. 167
166) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini,
oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə
1
yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!
Oxuduğumuz ayədə isə Allah İbrahim (ə) peyğəmbərə bir
çox sirləri və qeybi xəbərləri göstərdiyini bildirir. Allah
İbrahimə (ə) öz qüdrətini, yer və göylərin mülkünü və bir çox
sirləri aşkar etdiyini açıqlayır. Allah İbrahimə (ə) bunları ona
görə göstərir ki, onun qəlbinə təskinlik gəlsin və yəqinliklə
inananlardan olsun.
Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət
və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər
2
vardır. Məgər görmürsünüz?
Əgər insan dünyadakı yaradılmışlara diqqət etsə və onların
haqqında bir qədər düşünsə, dünyanın və dünyadakıların kamil
bir varlıq tərəfindən yaradıldığını qəbul etmiş olar. Yəni Allah
hər bir varlığı xüsusi incəlik və nəzmlə yaradıb. Heç bir
vicdanlı və dərrakəli insan bu yaradılmışların öz başına və heç
bir kamil vasitə olmadan yaradıldığını qəbul etməz. Allahın
yaratdıqları içərisində ən kamil varlıq insandır. Elə buna görə
də Allah ayədə buyurur ki, “Sizin özünüzdə (insanlarda)
yaradanın birliyini sübut edən əlamətlər vardır”.
Bu baxımdan da həm dünyadakı yaradılmışlarda, həmdə
insanın özündə Allahın varlığını sübut edən dəlillər və
nişanələr var.
Ənam, 75. 1
Zariyət, 20-21. 2