Page 195 - Islamic Studies 03
P. 195

194) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Allaha  diqqət  yetirməkdə  insanları  bir  bölgü  ilə  üç  dəstəyə
               ayırmaq  olar:  Birinci  dəstə  bütün  hallarda  –  istər  yaxşı

               günündə, istərsə də ağır günlərində diqqətini Allaha yönəldir.
               Quranın  təbiri  ilə  desək,  hər  səhər-axşam  Onu  yad  edir:
               "Səhər-axşam  yalvararaq,  qorxaraq,  səsini  qaldırmadan
               ürəyində Rəbbini yad et və qafillərdən olma!”(Fussilət-51)

               "Həmin  taxça  və  çıraq  Allahın  tikilib  ucaldılmasına  və  Öz
               adının  zikr  edilməsinə  izin  verdiyi  o  evlərdədir  o

               məscidlərdədir ki, orada səhər-axşam Onu təqdis edib şəninə
                                 1
               təriflər deyərlər. ”
               Bu dəstənin bütün hallarda Allahı yad etmələrinin sirri ondadır

               ki,  Allahın  onlara  əta  etdiyi  bütün  nemətlərə  baxmayaraq,
               onlar  yenə  də  özlərini  Allaha  möhtac  bilirlər,  ən  azı  onlara
               verilən nemətlərin davamlı olması üçün özlərini Allahdan asılı

               görürlər. Çünki özlərinin məqam fərqlərini nəzərə alıb Allaha
               olan  ehtiyaclarını  dərk  edirlər.  Onlar  üçün  nemət  və  bəlanın
               təfavütü yoxdur. Onlar layiqli bəndələr olub həmişə Allahı yad

               edirlər və Allahın də nəzəri onların üstündən əskik olmur.
               İkinci  dəstə.  Möminlərin  əksəriyyəti  bu  dəstədəndirlər.  Bu
               dəstəyə  şamil  olanlar  xoş  günlərində,  nemət  və  firavanlıq

               içində  olanda  qəflətə  düşürlər,  amma  elə  ki,  problemlə
               üzləşdilər, ayılırlar və Allaha möhtac olduqlarını izhar edilər.
               Bu dəstə nisbətən yaxşı bəndələr olur, amma Allah onlardan
               gileylənir  ki,  niyə  nemət  verdiyim  günlərdə  Məni  unudurlar,

               neməti onlardan alan kimi Mənə üz tuturlar?


                                                                           - Ənam, ayə 43 1
   190   191   192   193   194   195   196   197   198   199   200