Page 198 - Islamic Studies 03
P. 198

Mənəvi yolçuluq və Nikbinlik/ (197


                                       Duanın əhəmiyyəti
               Aydın məsələdir ki, Allah dua qapısını insanın üzünə açanda,
               duanı  qəbul  etmək,  çağrışa  cavab  vermək  üçün  açmışdır.

               Bundan  başqa,  Allah  hər  zaman  insana  Öz  nemətlərini  əta
               etməklə  onun  boynuna  haqq  qoymuş  olur.  Şəksiz,  Allahın
               nemətlərindən  biri  də  insana  düşdüyü  bəladan  nicat

               verməsidir.  Bu  nemət  də  Allah  vasitəsilə  insana  əta  olunur.
               İnsanın  başına  bir  hadisə  gələndə  Allah  xətəri  ondan
               sovuşdurur.  Hərdən  də  bəla  gəlməzdən  qabaq  həmin  bəlanı
               ondan  dəf  edir.  Bu  cəhətdən  insan  həmişə  Allahın  lütf  və

               məhəbbəti  ilə  əhatə  olunmuşdur.  İftitah  duasının  başqa  bir
               bəndində  oxuyuruq:  "Pərvərdigara,  çox  bəlaları  məndən  Sən
               dəf etdin, çox qəmləri, dərdləri Sən məndən uzaqlaşdırdın, bir

               çox  günahlarımı  bağışladın,  geniş  rəhmət  qapılarını  üzümə
               açdın, açılmaz bəla düyünlərini Sən çözdün.”
               İmam Sadiq (ə) buyurur: "Nə zaman sizlərdən biriniz Allahdan

               bir şey istəsəniz ki, onu sizə əta etsin, gərək Allahdan başqa
               hər kəsdən ümidinizi kəsəsiniz və ancaq Allahın yanında olana
               ümid bağlayasınız. Belə olan surətdə Allah onun qəlbinə baxar

               və istədiyi hər bir şeyi ona əta edər. ”(Hədid-23)
   193   194   195   196   197   198   199   200   201   202   203