Page 197 - Islamic Studies 03
P. 197
196) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Həzrət Peyğəmbər (s) insanın ancaq Allahdan kömək
istəməsinə işarə edərək buyurur: "Bir şey istəməli olsan,
Allahdan istə. Bir kəsdən kömək diləyəcək olsan, Allahdan
kömək dilə. Çünki, qələm qiyamət gününə qədər olacaq bütün
şeyləri yazmışdır.”
Təbii olaraq insanın bir sıra ehtiyacları olur və o özü bütün
ehtiyaclarını təmin edə bilmir. Belə olanda istər-istəməz ona
kömək edə biləcək adamı soraqlayır. Peyğəmbər (s) Əbuzərə
deyir ki, əgər bir kəsdən bir şey istəyəcək olsan, həmin şeyi
Allahdan istə. Gördün ki, ehtiyacın var, özün onu əldə edə
bilmirsən, başqasından kömək almağa məcbursan, həmin şeyi
Allahdan istə. Çünki heç kim Allah qədər sənin ehtiyaclarını
dəqiqliyi ilə bilmir və heç kim Onun qədər sinin ehtiyaclarını
təmin edəcək gücdə deyil. Çünki bütün varlıq aləmi Onun
mülküdür, Onun qüdrəti hər şeyi əhatə etmişdir. Bir işin həyata
keçməsi Onun iradəsi ilə olur. Əlavə, Allah-təala hər kəsdən
daha çox öz bəndəsinin qayğısına qalır və onun xeyrini istəyir.
Buna görə də bəndəsinə göstəriş verir ki, hər bir çətinlikdə
Onu çağırıb, Ondan kömək istəsinlər. Duada oxuyuruq: "İlahi,
1
Səni çağırmağa və Səndən istəməyə mənə icazə verdin.”
- İftitah duası 1