Page 196 - Islamic Studies 03
P. 196
Mənəvi yolçuluq və Nikbinlik/ (195
"İnsana nemət bəxş etdiyimiz zaman haqdan üz döndərər,
uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə Rəbbinə
1
uzun-uzadı dua edər. ”
Üçüncü dəstə o kəslərdir ki, heç bir halda, hətta çətin
problemlə üzləşəndə belə Allaha üz tutmurlar. Bu dəstədən bir
hissəsi bəzi bəlaların Alah tərəfindən olduğuna inanırlar. Buna
görə də onlara həmin bəlalar nazil olanda duaya əl qaldırırlar.
Çünki həmin bəlaların qeyri-təbii bir qüvvə tərəfindən
göndərildiyini, Allahın qəzəb nişanəsi olduğunu bilirlər. Eyni
ilə Yunus qövmü kimi... Yunus qövmünə gələcək bəlanın vaxtı
yaxınlaşanda, onu ilahi qəzəbin nişanəsi hesab etdikləri üçün
özlərinə gəlib istiğfar etməyə başladılar. Allah da onları
bağışlayıb müqəddər olmuş bəladan nicat verdi. Bu dəstədən
olanlar Allah tərəfindən nə kimi bəlaların nazil ola biləcəyini
təsəvvürlərinə gətirmədikləri üçün Allaha diqqət etmirlər.
Allah da bu dəstəni məzəmmət edərək buyurur: "Barı,
əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin
inadları üzündən qəlbləri sərtləşdi və Şeytan da onlara
etdikləri əməlləri süslü göstərdi.”("Üsuli-kafi" c.3, səh.219)
"Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə,
daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər
axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın
qorxusundan uca yerlərdən, dağdan yuvarlanıb düşər. Allah
sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!”(Hədid-22)
Bəqərə, ayə 74 1