Page 199 - Islamic Studies 03
P. 199

198) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Bizlərdən hər birimiz gündə, ən azı on dəfə "İyyakə nəstəin”
               deyirik,  amma  əməldə  belə  deyil.  Bizim  əksəriyyətimizin

               əməli  onu  göstərir  ki,  ancaq  Allahdan  kömək  istəmirik;
               Allahdan kömək istəyə-istəyə, başqasından da kömək umuruq.
               Əlbəttə, sözlərində sadiq olan kəslər də vardır. Onlar "iyyakə
               nəbudu  və  iyyakə  nəstəin”  deyəndə  sidq  ürəklə  deyirlər  və

               həqiqətdə  də  ancaq  Allaha  ibadət  edir,  ancaq  Ondan  kömək
               istəyirlər.  Amma  bizim  çoxumuz  bu  sözləri  sidq-ürəkdən
               demirik.  Dar  günlərdə  Allahdan  çox  ataya,  anaya,  bacıya,

               qardaşa,  dostlarımıza  ümid  bağlayırıq,  daha  çox  onlardan
               kömək gözləyirik.
               Peyğəmbər  (s)  tapşırır  ki,  ancaq  Allahdan  kömək  istəmək

               lazımdır.  Bu  sözlərdən  sonra  Əbuzərin  diqqətini  qəzavü-
               qədərə  çəkir.  Bundan  qabaqkı  bəhslərdə  qəzavü-qədər
               haqqında  danışılır.  Qəzavü-qədərə  inanmağın  faydalarından

               biri də budur ki, insan xoş günündə sərməst olub özünü itirmir
               və ya xoşagəlməz hadisə ilə üzləşəndə o qədər də narahat olub
               xiffət  çəkmir.  Çünki  baş  verənlərin  ilahi  təqdir  əsasında
               olduğunu  bilir:  "Yer  üzündə  baş  verən  və  sizin  öz  başınıza

               gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl
               o, bir kitabda  (lövhi-məhfuzda)  yazılmamış  olsun. Bu, Allah
               üçün çox asandır.”(Qəsəs-78)
   194   195   196   197   198   199   200   201   202   203   204