Page 201 - Islamic Studies 03
P. 201

200) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               İlahi təqdirə etiqad bəsləməyin faydalarından biri də budur ki,
               insanın  gözü  həmişə  Allahın  əlində  olur.  Çünki,  Allahın

               müqəddər  etdiyi  şeyi  istədiyi  zaman  dəyişə  biləcəyini  dərk
               edir. Bilir ki, başqasının bu arada görə biləcəyi bir iş yoxdur.
               Ona  görə  də  Allahdan  başqasına  bel  bağlamır.  Əgər
               xoşagəlməz  bir  hadisəyə  düçar  olsa, bu  hadisədə  Allahın  bir

               hikməti olduğunu düşünür. Əgər əlindən bir şeyi çıxsa, bilir ki,
               bu  olacaq  iş  lövhi-məhfuzda  belə  yazılmışdır.  Buna  görə  də
               bizə bir nemət yetişəndə, həmin nemətə görə havalanıb məğrur

               olmamalıyıq,  özümüzü  itirib  Allahı  yaddan  çıxarmamalıyıq.
               Əksinə,  həmin  vaxtda  Allaha  diqqətimizi  bir  az  da
               artırmalıyıq. Allahın bizə əta etdiyi istənilən neməti qarşısında

               şükür etmək lazımdır. Qarun kimi bizə əta olunmuş nemətləri
               öz səyimizin məhsulu bilmək düzgün deyil. Qarun əldə etdiyi
               mal-dövləti  öz  zəhmətinin  nəticəsi  bilirdi:  "Qarun  dedi:

               "Bunları  məndə  olan  elm  sayəsində  əldə  etmişəm.”  Məgər
               bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdə ondan daha güclü
               və daha varlılarını məhv etmişdir?...”(Ənam-17)

               Beləliklə, əgər sizə bir nemət verilsə, elə təsəvvür etməyin ki,
               onu öz zirəkliyiniz ilə əldə etmişsiniz. Bilməlisiniz ki, həmin
               nemət ilahi təqdirin, Allahın həkimanə tədbirinin səbəbilə sizə

               gəlib yetişmişdir. Həmçinin, həmin nemətin sizə verilməsi bir
               növ  sizi  imtahan  etmək  üçündür.  Peyğəmbər  (s)  Əbuzərə
               Allahdan  kömək  istəməyi  tapşırandan  sonra,  onun  diqqətini
               ilahi  təqdirə  yönəldir:  "Çünki,  qələm  qiyamət  gününə  qədər

               olacaq şeyləri yazmışdır.”
   196   197   198   199   200   201   202   203   204   205   206