Page 202 - Islamic Studies 03
P. 202

Mənəvi yolçuluq və Nikbinlik/ (201


               Əvvəldə  dedik,  indi  də  təkid  edib  deyirik  ki,  qəzavü-qədər
               məsələsindən  sui-istifadə  edilməməlidir.  Bu  məsələnin
               batinində  yatan  hikmətlərdən  qafil  olub  elə  düşünməməliyik

               ki,  hər  nə  yazılıbsa,  o  da  olacaq,  bu  arada  biz  heç  kimik.
               Yazılan  şey  olacaq  deyib  özümüzü  kənara  çəkək  və  bütün
               məsuliyyəti  çiynimizdən  ataq!  Bilməliyik  ki,  bizim

               çalışmağımız  və  hərəkətimiz  də  ilahi  təqdir  zümrəsindəndir.
               Bunun üçün də çox çalışmalı, öz vəzifələrimizə əməl etməkdə
               səy  göstərməliyik.  İlahi  qəzavü-qədəri  bəhanə  edib  tənbəllik
               etmək olmaz. Bu şeytanın vəsvəsəsidir.

               Hədisin davamında Peyğəmbər (s) əvvəlki sözünə təkid olaraq
               buyurur: "Əgər Allahın sənə yazmadığı bir xeyri bütün camaat
               çalışıb  sənə  çatdırmaq  istəsə,  bil  ki,  bunu  bacarmayacaqdır,

               eləcədə əgər, Allahın sənə yazmadığı bir zərəri bütün camaat
               səy edib sənə vurmaq istəsə, buna gücü çatmayacaqdır.”
               Əgər  Allahın  iradəsi  bir  işə  aidiyyət  tapsa,  bütün  dünyanın

               zahirdə  güclü  görünən  qüvvələri  onun  qarşısını  ala  bilməz:
               "Allah     Öz     işində     qalibdir,    lakin    insanların     çoxu
               bilmirlər.”(İnşiraq-5-6)

               Başqa bir ayədə buyurur: "Əgər Allah sənə bir zərər yetirsə,
               Ondan başqa heç kəs onu səndən sovuşdura bilməz. Əgər sənə
               bir xeyir yetirsə bil ki, O, hər şeyə qadirdir.”(Bələd-4)

               Buna əsasən də son qərar və qəti iradə Allahındır. Belə olan
               surətdə,  əgər  bir  kəsdən  bir  şey  istəyəcəksənsə,  onu  belə  bir
               iradəsi  və  qüdrəti  olan  kəsdən  istə.  Sənin  kimi  başqasına

               möhtac  olan  kəsə  əl  açmaq  düzgün  deyil.  Bil  ki,  Allah
               istəməsə heç kim sənə kömək edə bilməz.
   197   198   199   200   201   202   203   204   205   206   207