Page 203 - Islamic Studies 03
P. 203

202) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Peyğəmbər  (s)  Əbuzərin  mərifətinin  yəqin  həddinə  çatması
               üçün  nəsihətin  son  bəndi  olaraq  ona  deyir,  əgər  dediklərimə

               əməl  etsən  sənə  çoxlu  faydası  olacaqdır.  Deyir  ki,  Allahın
               müqəddər etdiyi hər bir şey hökmən həyata keçəcək, müqəddər
               etmədiyi  heç  bir  şey  baş  verməyəcəkdir.  Müqəddər  olan  bir
               şey  boş  və  mənasız  ola  bilməz,  diqqət  edilsə  hər  bir  hadisə

               həkimanə tədbir əsasında baş verir. Bu mərifətlə, mömin baş
               verən hadisənin onun məsləhətinin xeyrinə olduğunu dərk edir.
               Çünki, Allah Öz bəndəsinin zərərə düşməsini istəməz, xüsusilə

               də işlərini Allahın öhdəsinə qoymuş bəndəsinə ziyan yetirməz.
               Mömin bəndə xatircəmliklə öz işlərini görməyə çalışır. Onun,
               bütün  hadisələrin  Allahın  həkimanə  tədbiri  əsasında  baş

               verdiyinə yəqini olur.
   198   199   200   201   202   203   204   205   206   207   208