Page 204 - Islamic Studies 03
P. 204
Mənəvi yolçuluq və Nikbinlik/ (203
Əlbəttə, bu yəqin, yüksək iman asanlıqla əldə edilmir. Hər kəs
asanlıqla belə imanı öz qəlbində yarada bilməz, hər kəsin belə
məqama çatmağa ləyaqəti olmur. Bu məqama çatmaq istəyən
insan nəfsin paklaşdırılması yolunda çoxlu zəhmət çəkməlidir.
Günahdan qubar bağlamış qəlbini çirkablardan təmizləməklə
elə bir mərhələyə çatmalıdır ki, həmin mərhələdə nəfsin
cilovunu əqlə tapşırmaqla, ilahi göstərişlərə əməl etməklə,
Allah övliyalarının yolunu getməklə insanlığın ən ali
mərtəbəsinə nail ola bilsin. Bu yola qədəm qoymuş şəxs
həmişə Allahın istəyini öz istəyindən qabağa salmalıdır. Təbii
ki, bu məqama çatmaq hər kəsin işi deyil. Peyğəmbər (s)
tapşırır ki, əgər bir kəs yəqin dərəcəsinə çata bilməsə, yəni baş
verən hadisələrin onun məsləhətinin xeyrinə olduğunu dərk
edə bilməsə, heç olmasa baş verən xoşagəlməz və acı
hadisələrin qarşısında səbir etsin. Bilsin ki, müqəddər olmuş
hadisələrin müqabilində səbirsizlik göstərib iztirab çəkməyin
insana heç bir xeyri olmur. Nə qədər həyəcan keçirsə, əl-ayağa
düşsə də, sonra Allahın istədiyi şey olacaqdır. Onun qarşısını
almağa bizim əlimizdən heç bir iş gəlməz.