Page 205 - Islamic Studies 03
P. 205
204) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Müsibət zamanı nə edək?
Əgər başına bir müsibət gəlsə, xəstəliyə, kasıbçılığa düçar
olsa, ümumiyyətlə başına nə iş gəlsə, hansı xoşagəlməz hadisə
ilə üzləşsə səbir etsin ki, belə olan surətdə Allahın inayəti ilə
qarşılaşacaqdır. Əlbəttə, bir hadisəni qabaqcadan təxmin
etmək mümkündürsə, tədbir və düşüncə ilə onun qarşısını
almaq olarsa, insan o hadisənin qarşısını almalıdır. Amma çox
vaxt ən inkişaf etmiş ölkələr belə ixtiyarlarında son model
texniki təchizatın olmasına baxmayaraq, qarşısını ala
bilməyəcəkləri gözlənilməz bəla ilə üzləşməli olurlar.
Bildiyiniz kimi Yaponiya zəlzələnin çox baş verdiyi
ölkələrdəndir. Bu səbəbdən də orada zəlzələyə qarşı davamlı
binalar tikilir; ehtimal olunan hər hansı zəlzələyə qarşı
öncədən lazımi avadanlıqlar quraşdırırlar. Bu sahədə kifayət
qədər təcrübələri olduqlarına görə, binaların təhlükəsizlik
tədbirləri üçün lazım olan sərmayə yatırmağa gücləri çatır.
Bununla belə dünyanın ən dəhşətli və dağıdıcı zəlzələləri
Yaponiyada baş vermişdir.