Page 206 - Islamic Studies 03
P. 206

Mənəvi yolçuluq və Nikbinlik/ (205


               Deməli  hadisələr  müqədər  olmuşdur  və  vaxtı  çatanda  baş
               verirlər.  Həmin  hadisələrin  əmri,  aləmi  Öz  tədbiri  ilə  idarə
               edən kəsin əlindədir. Mümkündür, Allah eləməmiş, bizim də

               başımıza  bir  müsibət  gəlsin.  İndi,  əgər  Allahın  həkimanə
               tədbirinə,  kamil  sisteminə  yəqinimiz  və  mərifətimiz  olsa,
               narahat olmayacağıq. Çünki, Allahın tədbirinə hüsnü-zənnimiz

               var və baş verən hər bir hadisəni öz xeyrimizə bilirik. Bir işdə
               əskiklik  və  zəiflik görəndə  narahat oluruq, amma həmin işin
               yüz faiz bizim xeyrimizə olduğunu biləndə nə narahat oluruq,
               nə də qəmini çəkirik. Mümkündür kimsə hansısa xəstəlikdən

               əzab-əziyyət  çəksin,  amma  görəndə  ki,  həmin  xəstəlik  onun
               xeyrinə  qurtaracaq,  istər-istəməz  rahatlıq  tapır.  Eyni  ilə  dişi
               xarab olmuş şəxs dişini çəkdirəndə əldə etdiyi rahatlıq kimi. O

               öz  dişinin  çəkilməsinə  razı  olur,  üstəlik  bu  işə  görə  pul  da
               verir.  Çünki,  bu  işi  öz  xeyrinə  bilir.  Heç  vaxt  narahat  olub
               demir  ki,  niyə  dişimi  çəkdirdim.  Bilir  ki,  xarab  diş  onun

               sağlamlığı  üçün  zərərlidir  və  onu  hökmən  çəkdirmək  və  ya
               əziyyətli  də  olsa  müalicə  etdirmək  lazımdır.  Hərdən  insan
               üzləşdiyi ağır xəstəliyin müalicəsi üçün xarici ölkəyə getməyə

               məcbur  olur.  Bu  yolda  milyonlarla  pul  da  xərcləyir  və  ya
               sağlamlığı xatirinə  məcbur olur öz bədən üzvülərindən birini
               kəsdirsin.  O  buna  məcburiyyət  üzündən  razılıq  verir.  Amma

               bu o demək deyil ki, bu şəxs riza məqamına çatmışdır. Yəni
               qəlbən  baş  vermiş  hadisəyə  razılıq  verir və  buna  görə  giley-
               güzar  etmir.  Mümkündür  başına  gələn  işə  görə  gileylənsin,

               hətta ağzını açıb Allahdan da şikayət etsin. Necə ki, imanı zəif
               olanlar  onlara  bir  hadisə  baş  verəndə  taqətlərini  əldən  verib
   201   202   203   204   205   206   207   208   209   210   211