Page 207 - Islamic Studies 03
P. 207
206) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Allahdan da gileylənirlər. Bu məsələni diqqətdə saxlayaraq
Peyğəmbər (s) buyurur: "Əgər Allaha görə bir işi razılıq və
yəqinlə görə biləcəksənsə, gör, əgər bacarmayacaqsansa, heç
olmasa xoşagəlməz hadisəyə səbir et ki, bunda sənin üçün
çoxlu xeyir var. Qələbə səbirlə yanaşıdır. Açılış (işlərin yoluna
düşməsi) qəm-kədərlə yanaşıdır. Həqiqətən də hər çətinlikdə
bir asanlıq da vardır.”
Riza məqamı yəqin məqamının sayəsində kəsb edilir. Bu iki
məqamın bir-biri ilə yaxın bağlılığı var. Bir kəs yəqin
məqamına çatmayınca ilahi təqdirlərə razı ola bilməz. Əgər
riza məqamına çata bilsən, xoş sənin halına. Bil ki, ən üstün
insanlıq dərəcəsinə çatmışsan. Çünki, insanın ən yüksək
məqamı ilahi hökmə razı olmasıdır. Belə olan təqdirdə çalış
rəftarın riza və yəqinin əsasında olsun. Belə olarsa ruzigarın
acı və şirin hadisələri sənə asan gələr və bu hadisələrdən
narahat olub şikayət etməzsən. Əgər bu dərəcəyə çata
bilməsən, çalış çətinliklər qarşısında səbirli olasan, özündən
çıxıb hay-küy salmayasan. Əgər acı hadisələrə qəlbən razı ola
bilmirsənsə, bil ki, sənin riza məqamına çatmamağının səbəbi
mərifətinin yetkin olmaması üzündəndir. Heç olmasa təşviş
keçirmə, faydasız yerə hövsələdən çıxma, öz imanını, əqlini
qoru.
Hz. Peyğəmbər (s) buyurur: "Qələbə səbirin girovundadır. Hər
qəmdən, kədərdən sonra bir şadlıq da gəlir, hər çətinliklə
yanaşı bir asanlıq da var. Quranda Allah-təala buyurur:
"Şübhəsiz ki, hər çətinlikdən sonra bir yüngüllük gələr!