Page 208 - Islamic Studies 03
P. 208
Mənəvi yolçuluq və Nikbinlik/ (207
Bəli, hər çətinlikdən sonra bir yüngüllük gələr!”("Bəqərə-155-
156)
Qurani-kərimdə çox az mətləb təkid hərfi olan "innə” ilə zikr
olunmuşdur. Bu həmin mətləbə Allahın diqət və inayətinin
göstəricisidir. Yuxarıdakı ayədə Allah buyurur hər çətinlikdən
sonra bir yüngüllük gələr. Sanki yüngüllük və asanlıq
çətinliyin içərisində gizlənmişdir. "İnşirah” surəsində Allah
lütfükar bir xitabla sanki Peyğəmbərə (s) bir təsəlli verir.
Həqiqətdə çətinliklərin və problemlərin insan kamalının
müqəddiməsi olduğuna işarə edir. Göstərir ki, bu çətinliklər
insanın güc toplamasına səbəb olur. Bu baxımdan müsibətlər
və çətinliklər insanın təkamülü üçün zəruridir: "Biz insanı
məşəqqətdə yaratdıq! İnsan doğulduğu gündən qəbr evinə
gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayar, həyatı
boyu müxtəlif çətinliklərlə üzləşər. Bu ilahi bir hikmətdir,
həyatın qanunudur!("Üsuli-kafi" c.3, səh.354)
Bu ayə insanın təkamülü yolunda məşəqqətlərin mühüm rol
oynadığını göstərir. Əgər belə olmasaydı, rəhmət və məhəbbət
çeşməsi olan, bəndəsinin səadətini arzulayan Allah onu heç
vaxt zəhmətə, əzab-əziyyətə düçar etməzdi.
Hər halda, İnsan bu günkü ruzisinə qane olsa, başqalarına əl
açmasa, çox rahatlıqla vaxtını öz kamilliyinə sərf edə bilər.
İmam Səccad (ə) buyurur: "Başqasından ümidsizlik hissini
özündə zahir et. Həqiqətən də bu ehtiyacsızlıqdan, qənilikdən
doğan bir hisdir.”("Bihar" c.103, səh.20)