Page 209 - Islamic Studies 03
P. 209
208) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Əli (ə) buyurur: "Ən üstün ehtiyacsızlıq uzun arzulardan
qaçmaqdır.” ("Bihar" c. 103, səh. 22)
İnsanın Allaha olan ümidi, başqasına bağladığı ümiddən daha
çox olmalıdır. Bu xislət Allaha güvən və təvəkkül olmadan
hasil olmur. İnsan ziyanın və xeyrin Allahdan olduğunu
biləndən sonra onda başqalarına möhtacsızlıq hissi yaranır.
Hətta əlində dünya malından bir şey olmasa belə özünü
qüdrətli, ehtiyacsız görür.
Necə ki Həzrət Peyğəmbər (s) buyurur: "İmkanlı olmaq və
qənilik malın çoxluğunda deyil, güc və qənilik, qəni nəfsə
1
malik olmaqdadır.”
a) Nəfsin islah olunması və səbrin əhəmiyyəti
Riza məqamı o kəslərin məqamıdır ki, bütün ilahi hökmlərin
bəndələrin xeyrinə olduğuna inanırlar. Bu haqqda çoxlu
rəvayətlər qeyd edilmişdir. O cümlədən İmam Sadiq (ə)
buyurur: "Əcəba! Ola bilərmi ki, Allah bir nəfər müsəlmanın
qəzavü-qədərini təyin etsin və orada xeyirdən başqa bir şey
olsun? Əgər bədəni qayçı ilə tikə-tikə doğranmalısa, deməli
xeyri bunda imiş və əgər bütün yer üzünə şərqdən-qərbə malik
olacaqa, yenə də xeyri bu imiş.”
("Fəcr”, 27-28.)
İmam buyurur mömin üçün Allahın nəzərdə tutduğu qədərin
hamısı xeyirdir. Ola bilsin işin zahiri onun xoşuna gəlməsin,
amma xoşuna gəlsə də, gəlməsə də işin həqiqəti bundan
ibarətdir. O xoşagəlməz bir hadisə ilə qarşılaşıbsa, deməli ya
- Misbah Yəzdi, Axirət azuqəsi, c. 2, səh. 212-213 1