Page 210 - Islamic Studies 03
P. 210

Mənəvi yolçuluq və Nikbinlik/ (209


               dünyasına  xeyri  var,  ya  da  axirətinə.  Belə  bir  mərifəti  kəsb
               etmiş  şəxs  qarşılaşdığı  yaxşı-pis  hadisələrdən  narahat  olmur,
               çünki bəndəlik məqamında əskikliyi olmayıb, boynuna düşən

               vəzifəsini yerinə yetiribdir. Ona görə də birdən ruzisi az olar,
               çox  olar  deyə  nigarançılıq  keçirmir  və  ya  görəsən  nə  baş
               verəcək  deyib  özünü  əbəs  yerə  qorxuya-hürküyə  salmır:  O,

               işini Allaha təpşırıb öz bəndəçiliyi ilə məşğuldur. Tam yəqinlə
               bilir ki, nə baş versə onun xeyrinədir. O bundan başqa bir şey
               istəmir.  O  bütün  hadisələrə  nikbin  gözlə  baxır.  Qarşılaşdığı
               müsibətlərə  razılıq  verir:  Əgər  zindana  düşsə  gileylənmir;

               rəvayətdə göstərilən təbirlə desək, hətta bədənini qayçı ilə tikə-
               tikə doğrasalar da o bundan razı qalır, çünki öz xeyrini bunda
               görür.

               Biz inqilab və müharibə dövründə çox adamlar görmüşdük ki,
               başlarına  gələn  hadisələri  könül  xoşluğu  ilə  qəbul  edirdilər.
               Arxa cəbhədə elə atalar, analar, gəlinlər olurdu ki, əzizlərinin

               tikə-tikə olmuş və ya yanmış cənazələrini gətirib onlara təhvil
               verəndə onu könül xoşluğu ilə təhvil alırdılar və onlara belə bir
               iftixar nəsib olduğuna görə Allaha şükür edirdilər!

               Bunları dildə demək asandır, amma həyatda yaşamaq olduqca
               çətindir.  Allahın  verdiyi  yazıya  dilxoş  olmaq  hər  adamın  işi
               deyil. Bu mənanı dərk etməyin özü də çətindir: Necə olur ki,

               Allah bəndələrindən bəziləri elə bir məqama çatırlar ki, onlara
               baş  vermiş,  baş  verəcək  hadisələrdən  giley-güzarları  olmur;
               Onlar  üçün  elə  də  önəmli  deyil  sabah  nə  olacaq,  ruziləri

               çatacaq, ya yox. Əziz bir adamı cəbhəyə gedibsə onun ölümü
               üçün  nigaran  olmur  və  ya  əgər  özü  haqq  yolun  fədailəri  ilə
   205   206   207   208   209   210   211   212   213   214   215