Page 212 - Islamic Studies 03
P. 212

Mənəvi yolçuluq və Nikbinlik/ (211


               iki  xislətə  görə,  Öz  fəzli  və  rəhməti  ilə  bizi  bu  dərəcəyə
               çatdırıb: "O xislətlərdən biri budur ki, xəlvətdə olduğumuzda
               Allahdan  utanıb  günah  iş  tutmamışıq,  ikincisi  də  budur  ki,

               Allahın bizə qismət etdiyi şeyə razı olmuşuq.”
               ("Maidə”, 19.)
               Allah-təala  riza  məqamına nail olmuş  kəs  haqqında buyurur:

               "Qiyamət       günü     Allah-təala     mömin       kimsəyə      belə
               buyuracaqdır:”Ey  öz  imanından,  əməlindən  və  Allahın

               vədindən xatircəm olan kəs! Və ya: "Ey arxayın nəfs!” Dön
               Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!”
               (Allahın  yeganəliyinə  imanı  olan,  Allahı,  tək  ibadət  ediləcək

               məbud sayan şəxs. (Mütərcim))
               Şərif  olan  bu  ayə  Riza  məqamını  və  Allaha  olan  etimadı
               açıqlayır.  Bu  hal  insanı  hər  cür  sıxıntıdan,  pərişanlıqdan,
               təşvişdən  azad  olmasına  səbəb  olur.  Bu  məqamın  əsas

               xüsusiyyətlərindən biri də budur ki, insan həm razıdır, həm də
               razı olunmuş. Yəni arada qarşılıqlı razılıq var. Bu məna başqa

               bir ayədə belə bəyan edilir: "Allah onlardan, onlar da Allahdan
               razıdırlar...”("Mülk" 1-2)
               "Raziyə” və "mərziyyə” kəlmələri haqqında rəhmətlik Əllamə
               Təbatəbai  buyurur:  "Allah-təala  mütməinnə  nəfsi  ona  görə

               "raziyə” və "mərziyə” kəlmələri ilə vəsf edir ki, qəlbin Allahla
               təskinlik  və  arxayınlıq  tapması  tələb  edir  ki,  insan  Allahdan
               razı  olsun  və  onun  başına  gətirdiyi  qəzavü-qədərlərə  görə

               azacıq  da  olsa  etiraz  etməsin;  istər  o  qəzavü-qədər  təkvini
               olsun, istərsə də Onun hökm etmiş olduğu qələmi ilə olsun -
   207   208   209   210   211   212   213   214   215   216   217