Page 233 - Islamic Studies 03
P. 233

232) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Ayrı-ayrı məzhəblər arasında vahid əqidənin qəbul etdirilməsi
               inandırıcı  deyil.  Xüsusi  ilə,  xüsusi  zövqə  malik  olan

               mütəfəkkirlər  arasındakı  baxış  fərqlərini  aradan  qaldırmaq
               demək olar ki, mümkünsüz bir işdir.
               Vəhdətin  başqa  bir  şəkli  İslam  ümməti  üçün  böyük  zərbə
               olacaq təhlükələri aradan qaldırmaq üçün müştərək nöqtələrdə

               ittifaqa gəlməkdən ibarətdir. Buna vəhdəti-məsləhəti deyirlər.
               Bəzən İslam cəmiyyətləri üçün ixtilaf təhlükələri yaranır. Bu
               təhlükələr  o  qədər  güclü  ola  bilər  ki,  ümmətə  böyük  zərbə

               vursun.
               Bu zaman məzhəblər və firqələr ixtilaf yaradan məsələlərə göz
               yummaqla  ümmətin  məsləhətinə  xatir  əl-ələ  verir,  sülhə

               gəlirlər. Əslinə  qalsa  bu  gün  İslam  məzhəbləri  arasında  olan
               fikir  ayrılıqlarını  ümmətin  məsləhətinə  xatir  nəzərə  almamaq
               mümkünsüzdür. Məzhəblər arasında elə fikir ayrılıqları var ki,

               bunlar  sırf  məzhəb  etiqadları  ilə  bağlıdır  və  onları  aradan
               qaldırmaq istəyi yersizdir.
               Vəhdətin  üçüncü  növü  şəxsi  baxış  və  əqidələri  kənara
               qoymaqla,  müştərək  nöqtələrdə  birləşmək,  məhz  bu  nöqtələr

               üzrə  birlikdə  hərəkət  etməkdir.  Buna  vəhdəti-məqul  deyirlər.
               Bu  vəhdətə  çatmaq  üçün  mütəfəkkirlərin,  böyük  dini
               şəxsiyyətlərin  təlaş  göstərməsi  zəruridir.  Bu  vəhdətə  çatmaq

               üçün  təəssübü  kənara  qoymaq,  İslam  ümmətinin  ümumi
               faydaları istiqamətində hərəkət etmək lazımdır.
               Necə  ki,  belə  bir  vəhdət  sayəsində  Məhəmməd  ibn  Tarxan

               Farabi,  İbn  Sina,  İbn  Rüşd,  Əbu  Reyhan  Biruni,  Həsən  ibn
               Heysəm,  Məhəmməd  ibn  Zəkəriyya,  Cəlaləddin  Məhəmməd
   228   229   230   231   232   233   234   235   236   237   238