Page 241 - Islamic Studies 03
P. 241
240) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
“(Ya Peyğəmbər!) Səndən infaq barəsində soruşanlara de:
“Əfv (etsinlər)!”
Təfsir alimləri arasında məşhur nəzərə görə, qeyd olunan “əfv”
sözündə məqsəd ailənin ehtiyacından əlavə, illik gəlirdən artıq
qalan malın zahirən Allah yolunda xərclənməsi olsa da (lüğəvi
kökünə əsasən), heç də demək olmaz ki, onun digər işlək
mənası (güzəşt) nəzərə alınmamışdır. Maddi infaq barədə
verilən sualın cavabının əxlaqi infaqa – əfv və güzəştə
yönəldilməsi diqqəti cəlb edən zərif məsələdir. Odur ki, infaq
yalnız mal-dövlət və əmlakla bitmir və bəlkə də bu qədər
sorğu-suala ehtiyac yoxdur. Əksinə, insanın başqası ilə
əlaqədar öz hüquqlarından keçməsi və güzəşti daha mühüm
məsələdir. Doğrusu, bu güzəşt çoxlarının qisas ruhiyyəsi ilə
zidd olduğundan, onunla razılaşmaq daha çətin olur. Amma
ictimai nizam-intizamın, ədalətin bərqərarı baxımından isə
onun təsiri olduqca çoxdur.
PİSLİYİ YAXŞILIQLA ÖDƏMƏK
İslam mənbələrində – Qurani-Kərim və hədislərdə əfv və
güzəştin ən yüksək həddi olan “pisliyi yaxşılıqla
cavablandırmaq” məsələsi diqqəti cəlb edir. Şübhəsiz, bu,
insanlığın ən uca zirvəsi olub, əxlaqi inkişafsız mümkün
deyildir. Eləcə də, ədavət və kin-küdurətlə dolu qəlbləri
yumşaltmaqda təsiri misilsizdir və həddi aşanlara,
günahkarlara verilə bilən ən yaxşı “dərs”, bəzən də ən tutarlı
cəza, həm də onları cilovlayan amildir. Bütün bu – ədavət,