Page 242 - Islamic Studies 03
P. 242
Regionda vəhdətin önəmi/ (241
düşmənçilik və kin-küdurətlərə son qoymaq kimi təsirli
xassələrinə görə, İslam onu əlverişli metod sanır. Məsələn,
Qurani-Kərimdə buyurulur:
َّ
َ
َّ
َ ُي َّ َ
َّ
ُ
{ لاإ ِ اَهاقل امو َ ِمح ی ِلو هَّنأَک ةواَدع َ َبو ْي ُهَن َ َکن َ ی َب ْي ِذلا اَذإَف ُنَسحأ َ ی ْ َ ی ِه ِتلاب ْعَفْدا
َ ٌّ َ ي م
ِ
ِ
َ
ُ َّ
ي م ِظَع ظَح وذ لاإ ِ اَهاقل ُي َّ َ امو او ُ رَبَص ِذلا ي َن َّ }
َ َ
“Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda, aranızda
düşmənçilik olan şəxsi, sanki, səmimi dost görərsən. Buna (bu
məqama) yalnız səbir edənlər yiyələnər və yalnız böyük bəhrə
(iman və təqva) sahibləri nail olarlar!” (“Fussilət” surəsi, ayə
34-35.)
Birinci ayədə pisliyi yaxşılıqla ödəməyin qəribə təsirindən,
onun sayəsində düşmənin səmimi və yaxın dosta
çevrilməsindən, sonrakı ayədə isə bu dərəcəyə yalnız iman,
təqva, əxlaq və fəzilət sahibləri, nəfsani istəklər müqabilində
səbir edib dözənlərin nail ola bilməsindən söz açılır ki,
bunların hər ikisi inkaredilməz bir həqiqətdir. Pisliyi yaxşılıqla
ödəməyin qəribə təsiri haqda bunu demək olar ki, adətən,
həddi aşanlar qarşı tərəfin nahiyəsindən qisas intizarını çəkir
və çox güman ki, vicdanında bunu özünə layiq bilirlər. Lakin
onların (qarşı tərəfdən gözlənilən) cəza intizarına əks olaraq
pisliyi yaxşılıqla verildikdə, yatmış vicdanları oyanır,
daxillərində dərin iz buraxır. Belə hallarda onlar qarşı tərəfi
günahsız, özlərini isə günahkar hesab edərək, tutduqları işdən
bərk peşman olurlar. Bəzən bu təzyiq o qədər şiddətli olur ki,
kimsə ona davam gətirib, ədavət hissindən dönməyə bilmir.