Page 238 - Islamic Studies 03
P. 238
Regionda vəhdətin önəmi/ (237
uşağın yerinə qoysaq, onun bizim nəzərimizə böyük günah və
xəta görünən işləri nə günahdır, nə də xəta! Bu təcrübəni
böyüklər üzərində də apara bilərik. Məsələn, çox vaxt dostlar
bir sıra bəyənilməz adətlərinə görə dostluqlarını qırmağa
məcbur olurlar. Lakin onların hər biri digərinin əhval-
ruhiyyəsindən, yaşadığı və tərbiyə gördüyü mühitdən xəbərdar
olsaydı, ondakı nöqsanları təbii qarşılayardı. Yaxud qonşunun
ucadan danışığı bizi narahat edir və onun səviyyəsi, hansı
mühitdə böyüyüb yaşa dolması və tərbiyəsini nəzərə aldıqda,
elə də müqəssir görünməyəcək. Yəni xəta və səhvlərini həddən
artıq böyütməyəcəyik. Amma burada səhvə yol verilməsin. Biz
bununla (“cəbrilər” kimi) hər kəsin əməllərində xətasız
olduğunu demək və hər şeyi qeyri-ixtiyari və xarici amillərin
üstünə atmaq və ya tərbiyənin zəruriliyini inkar etmək
istəmirik. Bu o demək deyil ki, insanlar özbaşına olub,
istədikləri kimi rəftar edə bilərlər. Əksinə, insan belə halları
nəzərə almaqla yaranan ixtilaf və etirazların həlli üçün hazırlıq
tapır, ətrafında baş verənləri asanlıqla qarşılayır. Təəssüf ki,
insanlar kiçik fikirayrılığı nəticəsində bəzən bir-birindən
küsür, çox sadə anlaşılmazlıqları həll edə bilmirlər.