Page 239 - Islamic Studies 03
P. 239
238) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
Güzəştə getmək
Gündəlik qarşılaşdığımız hadisələr içrə səhv və xətadan insan
haqlarının pozulması halları daha çox təsadüf olunur. Əgər hər
kəs “intiqam” almaq fikrinə düşsəydi, ictimai durumu
saxlamaq qeyri-mümkün olardı. Çünki insanın istənilən vaxt
intiqam hissini idarə edib, normal saxlaması çətin məsələdir və
adətən, getdikcə şiddətli forma alır. Hətta onun idarə olunub
normal vəziyyətdə saxlandığı təqdirdə belə, yenə cani ilə
cinayətə məruz qalanın ilk əvvəl baş verən cinayət hadisəsinə
baxışı eyni cür olmur. Məsələn, qarşı tərəf hətta insafla
intiqam almağa çalışsa belə, yenə onun baxışında ədalət bərpa
olunmamış görünür və buna görə də onu yeni bir qisasa sövq
etdikcə, ixtilaf və çəkişmələr də uzanır. Keçmişdə və indinin
özündə davam edən əksər qəbilə-tayfa ixtilaflarının səbəbi
məhz həmin məsələdir. Yəni hər kəs başqasının cinayətini ağır
cinayətlə cavablandırdıqca, dava-dalaşlar da sona çatmır.
Burada fitnə odunu söndürə bilən yeganə amil güzəşt, əfv və
hər hansı qarşıdurmadan çəkinməkdir.
Qeyd edək ki, əfv və güzəşt ixtilaf və ədavətə son qoymaqla
bərabər, şəxsin özünə insani-əxlaqi bir keyfiyyət kimi faydalı
olub, gələcəkdə onu məruz qala biləcəyi bir çox zərər və
zədələrdən uzaqlaşdırır, rahat edir. Əgər düzgün araşdırsaq,
görəcəyik ki, qisas və intiqamın insana müvəqqəti təskinlik və
xəyali qürurdan başqa heç bir müsbət təsiri yoxdur. İnsan
həmişə qarşı tərəfin qisasının intizarını çəkdiyi halda,