Page 237 - Islamic Studies 03
P. 237

236) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               İslam  insanda  ictimai  əxlaqın  formalaşması,  kütləvi  həyata
               hazırlığı  üçün  əsaslı  təlim  və  proqramlar  nəzərdə  tutur  ki,

               aşağıda onların bir hissəsini qeyd edəcəyik. Məsələn, "  مِلَع وَل
                                                                                َ
                              ْ
                 ًادَحَا  دحَا  ُ    َي   ْمل     َ    ْمَل َقلَخلا اذ ه ُالله َقلَخ    َ    ف   ْي   َک  ُ سانلا" (Əgər insanlar Allahın bu
                                              َ
               məxluqu  necə  yaratdığını  bilsəydilər,  heç  kim  digərini
                                      ْ

               pisləməzdi!) və"  ِةَّضِفلاو ِبَهذلا نِداعمَک  نِداع   م  ُ سانلَا" (İnsanlar qızıl-
                                                     َ
                                                            َ
                                                 ِ
                                        َ
               gümüş  mədənləri  kimidir!)  –  məşhur  hədisləri  xilqətdə  olan
               fərqlərə,  onların  cismani  və  ruhi  müxtəlifliklərinə  toxunur.
               (Birinci  hədisin  mənbəsi:  “Biharul-ənvar”,  c.70,  səh.143,
               hədis: 7. İkinci hədisin mənbəsi: “Kafi” c.8, səh.177.)
               İnsanların  ruhi-psixoloji,  milli-irqi  və  dünyagörüşlərindəki
               hədsiz fərqlər düzgün qavranıldıqda, onların rəftarlarındakı bir

               çox  zahiri  problemlər,  ictimai  təzadlar  aradan  qalxacaqdır.
               Məsələn,  çox  vaxt  valideynlər  uşağın  (bir  qabı  sındırması,
               yaxud  geyimlərini  çirkləndirməsi  kimi)  təbii  işinə  görə  bərk

               narahat  olur,  bəzən  onu  ağır  cəzalarla  tənbeh  edərək,  hətta
               döyürlər. Halbuki belə işlərə görə, nə əsəbiləşmək, nə də uşağı
               danlayıb-döymək lazımdır.
               Adətən, uşaqların qabların əhəmiyyəti, onların yerə düşdükdə

               sınıb-sınmama ehtimalı haqda kifayət qədər məlumatı olmur,
               yaxud  bütün  bunları  bildiyi  təqdirdə,  onlarda  tam  psixoloji
               hazırlıq hələ yaranmayıb, yaxud da acizlikləri ucbatından baş

               verir.
               Əgər  biz  özümüz  də  hal-hazırda  onları  qoruyub-saxlayırıqsa,
               uşaqlıq  çağlarımızdakı  sınaq  və  təcrübələrimiz  sayəsindədir.

               Çünki  uşaqlıq  çağları  başdan-başa  sınaq  və  insanın  ətraf
               mühitlə tanışlığı üçün ən gözəl dövrdür. Belə ki, əgər özümüzü
   232   233   234   235   236   237   238   239   240   241   242