Page 236 - Islamic Studies 03
P. 236

Regionda vəhdətin önəmi/ (235


               İslamda  birliyi  nümayiş  etdirən  nümunələr  çoxdur. Bunu biz
               camaatla birgə yerinə yetirilən ibadətlərdə, o cümlədən, onun
               ən  ali  formasını  “həcc”  mövsümü  zamanı  müşahidə  edə

               bilərik. Cismən və ruhən bir-birindən minlərlə fərsəx fasiləsi
               olan  müxtəlif  millətlərin  nümayəndələri  bir  məkana  yığışıb,
               düşüncə və şüarlarında vəhdət təşkil edirlər. Yaradılış aləminə

               hakim  kəsilən  yeganə  nizamın  simasında  cilvələnən  bu
               izdihamın  xüsusi  şövkət  və  əzəməti  vardır.  Həqiqətdə,  İslam
               ruhən  varlıq  və  yaradılış  aləmi  ilə  həmahəngdir.  Əgər  fərz
               olaraq bir anlıq səmadan camaat namazlarının sıralarına nəzər

               salınsa,  onların  bir-birini  əhatə  edən  dairələrini  bir  mərkəzə
               yönəlmiş  surətdə,  kamil  vəhdətin  nişanəsi  kimi  müşahidə
               edəcəyik. Hətta İslam bir sıra ölçüləri belə mümkün qədər –

               hər hansı tayfa və irqə mənsub olmayan təbii parametrlərdən
               almış, “addım”, “qarış”, “ovucun içi” kimi hamının qavradığı
               terminlərlə üstünlük verilmişdir.

               Amma  mövzu  ilə  bağlı  əsas  məsələ  cəmiyyətdə  əxlaqın
               inkişafı, əxlaqi normalara riayətdir və onsuz heç bir cəmiyyət
               rahatlıq  üzü  görə  bilməz.  Bütün  dünyanı  əhatə  edən

               böyükmiqyaslı icmanın təşkili üçün fikri-ideoloji inkişaf zəruri
               olduğu kimi, əxlaqi inkişafa da ehtiyac var. Əxlaqi inkişafsız
               heç kəs digərinin bütün fikir və rəftarları ilə həmişə razılaşa və

               çox vaxt qarşıya çıxan müxtəlif fikir ayrılıqlarını layiqincə həll
               edə bilməz. Bu qismin əhəmiyyəti peyğəmbərlərin təlimlərinə
               ehtiyacı bir daha artırır.
   231   232   233   234   235   236   237   238   239   240   241