Page 240 - Islamic Studies 03
P. 240
Regionda vəhdətin önəmi/ (239
“güzəşt”in bəxş etdiyi rahatlıq qat-qat çox, ruhi və ictimai
təsiri olduqca əhəmiyyətlidir.
İslam mənbələrində bu məsələ çox zərif ibarələrlə ən mühüm
dini vəzifə kimi tanıtdırılır. Aşağıdakı nümunələr bu
müddəaya şahiddir:
1. “Nur” surəsinin 22-ci ayəsində buyurulur:
َ
{ ْمُکَل ُالل َّ رِفْغ َي نأ َنوُْب ِ حُت لاأ َ َ اوُحَفْص ْ َ لو َي اوُفْع ْ لو َي }
َ
َ
“Onları əfv edib, göz yumsunlar. Məgər siz Allahdan
bağışlamağınızı istəmirsinizmi?”
Bu ayədən məlum olur ki, heç kəs təqsirsiz deyil. Əgər
Allahdan günahlarınızın bağışlamasını istəyirsinizsə, din
qardaşlarınızla yaranan ixtilaf və çəkişmələrdə haqqınızdan
keçib güzəştə gedin. Diqqəti cəlb edən budur ki, ayədə qeyd
olunan “əfv” və “səfh” (göz yummaq) sözləri lüğəvi baxımdan
fərqlənir. “Səfh”, “əfv”dən daha dərin məna kəsb edir, yəni
məzəmmət və qınaqsız güzəştə deyilir. (Rağib İsfahaninin
“Müfrədat” kitabı.)
Amma qisası sinəsində boğub, lakin dili, yaxud küsülü qalması
ilə qarşı tərəfin təqsirini daim xatırladan kəs həqiqətdə onu
bağışlamamışdır. Əslində, həqiqi əfv və güzəşt hadisəni
tamamilə unutmaq, öz dilimizlə desək, ona göz yummaqdır.
2. “Bəqərə” surəsinin 219-cu ayəsində buyurlur:
ْ
ُ َ
{وْفعلا ِلُق َنوُقِفن ُي اَذام َ َکنولأْس و َي }
َ
َ
َ