Page 342 - Islamic Studies 03
P. 342
İslamda qadın və cəmiyyət/ (341
Qardaşı oğlunun sağ olması , qardaşı Həmzənin şəhid olmasını
eşitdi. Qardaşını görməyə tələsdi. Bundan xəbər tutan
Peyğəmbər (s.ə.a.s) Zubeyrə buyurdu:
-“Ananın qarşısını kəs!”
Zubeyr Peyğəmbərin(s.ə.a.s) əmrinə itaət edərək anasını döyüş
meydanına girməkdən çəkindirdi. Qəlbi parçalanan Səfiyyə
xanım dedi:
-“Məni qardaşımla onun bədəninin tikə-tikə doğrandığı üçün
görüşməyə qoymursunuzsa bu islam yolunda kiçik birşeydir.
Mən bu hadisə ilə razılaşmışam. Mən buna səbr edərəm və
bunu Allah dərgahında hesaba gətirəcəyəm.” Bundan sonra o ,
Həzrəti Muhəmmədi (s.ə.a.s.) gördü və ondan soruşdu:
-“Ya Rəsulullah , atamın oğlu Həmzə haradadır?” Peyğəmbər
ona cavabında buyurdu:
-“O , şəhidlər arasındadır.” Səfiyyə xanım irəli gəldi,
qardaşının parçalanmış bədənini gördü və ağladı. Peyğəmbər
(s.ə.a.s.) də ona qoşulub ağladı. Sonra Peyğəmbər (s.ə.a.s.) iki
əlini Həmzənin sinəsinə qoyub onun üçün dua etdi.
Səfiyyə xanım mətanət və qəhrəmanlığı ilə yanaşı
şairəliyi ilə də tanınmışdır. Rəsuli Əkrəm (s.ə.a.s.) dünyadan
köçdükdən sonra onun üçün söylədiyi mərsiyələr məşhurdur.
Onlardan birinin məzmunu belədir.
“Ey Allahın Rəsulu (s.ə.a.s.) , sən bizim ümid
dayağımızdın. Bizə qarşı daima yaxşılıq edərdin.
Allahın Rəsuluna (s.ə.a.s.) atam , anam ,öz nəfsim
fədadır. İnsanların Rəbbi səni bizə buraxsaydı xöşbəxt olardıq.