Page 343 - Islamic Studies 03
P. 343

342) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Amma  Allaha  can  fədadır  .  Allahın  salamı  olsun  sənə  ya
               Rəsulullah(s.ə.a.s.).

                        Bu  xanım  Peyğəmbərdən  (s.ə.a.s.) sonra  on  il  yaşadı  .
               Hicrətin  iyirminci  (Miladi  640)  ilində  73  yaşında  Ömər  ibni
               Xəttabın  xilafəti  zamanında  vəfat  etdi.  Mədinədə  ,Bəqi
               məzarlığında dəfn olundu.

                      Təsadüfi  deyildir  ki  ,  Əmmar  Yasirin  anası  Süməyyə
               xanımın    düşmənlərin    ən  ağır  işgəncələrinə  dözərək
               əqidısindən  ,  ianmından  dönməmiş  ,  elə  buna  görə  də

               müşriklər tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Belə ki , o
               , İslam  dünyasının ilk şəhidi sayılır.
                      Peyğəmbərin        (s.ə.a.s.)    dövründə       müharibələrdə

               döyüşçülərə qulluq  edən  , onların  qayğısına  qalan  müsəlman
               qadınlar    bundan  əlavə  hətta  ən  çətin  anlarda  da  döyüş
               meydanına atılaraq qəhrəmancasına vuruşmuşlar. Ümmü Amir

               ləqəbli Nəsibənin Ühüd döyüşündə , Həmzənin bacısı Səfiyyə
               xanımın    Xəndək  müharibəsində  düşmənə  qarşı  vuruşaraq
               göstərdiyi  rəşadətlər  üçün  Peyğəmbərimizin  (s.ə.a.s.)    onlar
               behişt vəd etməsi də buna misal ola bilər.

                       Mövzunun bu məqamında Səfiyyə xanımdan başqa bir
               neçə  qəhrəman  xanımlar  da  vardır  ki  , onların  adını  çəkərək
               həyatına qısa nəzərə salaq.


               1. Lubəynə  xanım  bəni-Muməl    tayfasının  kənizi idi.   Ömər
               ibni Xəttab, İslamı qəbul  etməmişdən  əvvəl ona  çox işgəncə

               verərdi.  Lakin  bu  qadın  heç  vaxt  təslim  olmayıb  və  İslam
               dinindən dönməyib.
   338   339   340   341   342   343   344   345   346   347   348