Page 344 - Islamic Studies 03
P. 344
İslamda qadın və cəmiyyət/ (343
2.Zinnirə xanım bəni-Məxzun tayfasından idi . Əbu Cəhl
müsəlman olduğuna görə ona əziyyətlər versə də onu
əqidəsindən döndərə bilməyib.
3.Nəhdiyyə bəni-Nəhd tayfasının kənizi idi. Nəhdiyyə İslamı
qəbul etdiyinə görə öz xanımının işgəncələrinə məruz qalsa da
öz əqidəsindən dönməyib. Nəhdiyyə xanımın kəznizi olduğu
xanım bəni-Əbuddar qəbiləsindən idi.
4. Xənsa bəni –Səlim tayfasından idi. Onun təbliği
nəticəsində bütün qəbiləsi İslam dinini qəbul etmişdi. Bəzən
Xənsa özünün şeir və şüarları ilə müsəlmanları kafirlərin
əleyhinə qaldırardı. Bütün bu etdikləri ilə kifayətlənməyən
Xənsa xanım Qadisiyyə döyüşündə oğlanlarının dördünü də
döyüş meydanına göndərmiş və dördü də bu döyüşdə şəhid
olmuşdur.
5.Ümmü Ziyad Əşcəiyyə Xeybər döyüşündə iştirak etmiş beş
qadından biridir. Peyğəmbər (s.ə.a.s.) onların gəlişinin
səbəbini soruşduqda onların cavabı belə olmuşdu:
-“Yaralılara tibbi yardım göstərməklə sizə kömək etmək
istəyirik.”
Peyğəmbər (s.ə.a.s.) onların qalıb yardım etmələrinə icazə
vermişdi.
İslam tarixinin qəhrəman xanımlarından biri də Cabir ibn
Həkimin qızı Qəziyyə kimi tanınan Ümmu Şərik Əsəd idi. O,