Page 345 - Islamic Studies 03
P. 345

344) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               Qureyş  tayfasının  bəni  Amir  qəbiləsindən  idi.  İslamın  ilk
               dövrlərində müsəlman olan bu xanım , bütün bacarığı ilə dinin

               təbliği üçün çalışmışdı . O,gizlin və aşkarda insanları- xüsusən
               də xanımları İslama dəvət etdiyi üçün ağır işgəncələrə məruz
               qalıb. Hətta bir dəfə onu palansız dəvəyə mindirib üç gün ac-
               susuz  vəziyyətdə  saxlayıb  ,  sonra  isə  əl-ayağını  bağlayıb

               qızmar günəş altında yolun üstünə atıblar. Əgər Allahın lütf və
               mərhəməti olmasaydı şübhəsiz   o , tələf olardı.
               Bir neçə şücaətli xanımın adını çəkdikdən sonra istərdim ki ,

               birlikdə  Peyğəmbərin  (s.ə.a.s.)  kənizi  Ümmu  Əymənin
               həyatına qısa nəzər salaq.
                Bu xanımın adı Bərkə idi. Bərkə xanım həm də şəhid vermiş

               analardan biridir. Həzrət Peyğəmbər (s.ə.a.s.) onu kənizlikdən
               azad  edərək  Übeydə  Xəzrəci  ilə       evləndirmiş  və  onların  bu
               izdivacından Əymən adlı oğlu dünyaya gəlmişdi.

                      Ümmu  Əymənin  əri  vəfat  etdikdən    bir  müddət  sonra
               Peyğəmbər (s.ə.a.s.) onu Zeyd ibn Haris ilə evləndirmiş və bu
               izdivacdan  da  Üsamə  adlı  oğlu  dünyaya  gəlmişdi.  Ümmu
               Əymən çox qoşaq və  şücaətli bir xanım idi. O , yaralılara tibbi

               yardım  göstərmək  üçün  Ühüd  döyüşündə  iştirak  etmiş  və
               döyüşün  qızğın  anında  bir  dəstə  müsəlmanın  fərariliyini
               görəndə  ovcunu  torpaqla  doldurub  onların  üzünə  ataraq

               demişdi:
               -“Kişi döyüşdən qaçmaz. Siz arvad kimi hərəkət edirsinizsə ,
               gedin  arvad  cəhrəsi  arxasında    da  oturun.  Vay  olsun

               sizə!”Ümmu Əymən bununla da kifayətlənməyib , əlinə qılınc
   340   341   342   343   344   345   346   347   348   349   350