Page 346 - Islamic Studies 03
P. 346

İslamda qadın və cəmiyyət/ (345


               alaraq  İslam  və  Peyğəmbərimizin         (s.ə.a.s.)      müdafiəsinə
               qalxmışdı.
               Onun  fəziləti , cəsurluğu barəsində çox yazmaq olar. Ümmu

               Əymən  Rəsuləllahdan  (s.ə.a.s.)  sonra  da  əqidəsində  möhkəm
               qalmış və həmişə Həzrəti Fatimeyi Zəhra (s.ə.) və onun ailəsi
               ilə  birgə  olmuşdu.  Bu  fəzilətli  xanım  haqqında  bunu  demək

               kifayət  edir  ki  ,onun  oğlu  Əymən  Hüneyn  döyüşündə  misli
               görünməmiş qəhrəmanlıq göstərərək şəhid  olmuş , digər oğlu
               Usamə isə hələ 17-20 yaşlarında ikən sərkərdə məqamına kimi
               yüksəlmişdi.

               İslam  tarixində  ağır  döyüşlərdən  biri  də  Ühü  döyüşüdür.  Bu
               döyüdə     Mədinə  müsəlmanlarının  bir  çoxu  şəhid  vermişdir.
               Maraqlıdır  ki  ,  xanımalr  öz  övladlarının  ,  ərlərinin  və

               qardaşlarının       halını      xəbər       almazdan        öncə      ,
               Peyğəmbərin(s.ə.a.s.) halını soruşurdular.
               Qeysin  qızı  Suda  da  belə  xanımlardan  biri  idi.  Ühüd

               döyüşündə  o,  övladlarının  şahid  olduqlarını  bilsə  də  ,  onlar
               haqqında xəbər  almazdan öncə soruşdu :
               -“ Peyğəmbərdən (s.ə.a.s.) nə xəbər var?”

               -“Peyğəmbər  (s.ə.a.s.) sağdır.”
               Suda dərhal özünü Peyğəmbərə (s.ə.a.s.) çatdırdı. Sağ-salamat
               olduğunu görəndə dedi:

               -“Başıma  gələn  müsibətlər  mənə  asanlaşdı.  Təki  siz  sağ-
               salamat olasınız , daha heç bir qəmim yoxdur.”
               Bu  möhkəm  iradəli  xanım  döyüş  meydanından  oğlanlarının

               cənazəsini  tapıb  dəvənin  belinə  yükləyərək  Mədinəyə  tərəf
   341   342   343   344   345   346   347   348   349   350   351