Page 347 - Islamic Studies 03
P. 347

346) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               yollanarkən  yolda  rastlaşdığı  insanlar  ondan  Peyğəmbəri
               (s.ə.a.s.) soruşduqda cavab verdi:

               -“Peyğəmbər (s.ə.a.s.) sağ-salamatdır.
                      İslam tarixinin qəhrəman  xanımları haqqında danışdıqdan
               sonra  düşünürəm ki  ,  İslam  dininin  yaşamasında  çox  önəmli
               mövqeyə sahib olan Kərbəla hadisəsi haqqında və bu hadisəni

               bizə  çatdıran  qəhrəman  xanımlar  haqqında  məlumat  verəm.
               Xüsusən  də  məqaləni    Səfər  ayında  yazıramsa    Kərbəla
               hadisəsinə toxunmağı özümə borc bilirəm.


                      Kərbəla qadınları


                       Bəzən sual verirlər ki , İmam Hüseyn (ə) tutduğu yolda
               şəhid  olacağını  ,  ailəsinin  ,  qadın  və  uşaqlarının  düşmən
               qoşununa  əsir  düşəcəyini  və  yüzlərlə  əzablara  qatlanacağını

               bilirdisə ,bəs nəyə görə onları özü ilə apardı?
                  Bu sualın cavabını belə bəyan edirik.
                       1.İmam  Hüseyn  (ə)  Yezidin  cinayətkar  və  qəddar
               olduğunu bildiyi üçün öz ailəsini Mədinədə           başsız qoymağa

               qorxdu.  Ona  görə  ki  ,  bu  despot  hökumət  qadın  və  uşaqları
               girov götürüb İmamı(ə) öz hədəfindən saxlaya bilərdi. Yezidin
               qarşısına qoyduğu məqsəd Hüseyn ibni Əlidən (ə) hər bir yolla

               olursa  –olsun  beyət  almaq  idi.  Hətta  əgər  bu  iş  İmamın  (ə)
               arvad-uşağını  girov  götürüb  zindana  salmaqla  belə  mümkün
               olsaydı edərdi.

                       O  zaman  Mədinənin  hakimi  Vəlid  ibn  Utbə  idi  .  Vəlid
               özü azacıq mülayim insan olsa da onun ətrafında olan Mərvan
   342   343   344   345   346   347   348   349   350   351   352