Page 348 - Islamic Studies 03
P. 348
İslamda qadın və cəmiyyət/ (347
kimi canavarlar onu hər bir çirkinliyə vadar edirdilər. Elə
imamın (ə) qiyamı ərəfələrində Əhli-beytə (ə) düşmənçilikdə
məşhur olan Əmr ibn Səid Mədinə şəhərinə hakim təyin
olundu. O İmam Hüseynin (ə) şəhadət xəbərini eşitdikdə
sevincindən bayram etdi. Xalqa İmam Hüseynə (ə) əzadarlıq
saxladığına görə belə müraciət etdi:
“Siz gərək yalnız Osman üçün ağlayıb ona əza
saxlayasınız.Hüseyn ibni Əliyə (ə) yas tutmaq əbəs bir işdir.”
Hətta o , İmamın (ə) şəhadətindən sonra göstəriş verdi ki ,
Bəni –haşimə aid olan evləri xarabalığa çevirsinlər.
Təbiidir ki , İmam Hüseyn (ə) belə bir şəxsin hakim
olduğu şəhərdə ailəsini başsız qoyub hökumətin əleyhinə
qiyam etmək üçün oranı tərk edə bilməzdi. Elə bunun üçün də
İmam (ə) məcbur qalıb ona yaxın olan bütün qadın və uşaqları
özü ilə apardı.
2.İmam Hüseynin (ə) ailəsini özü ilə aparmasının və onları
Peyğəmbər (s.ə.a.s.) şəhəri sayılan Mədinədə qoymamasının
mənası budur ki , Hüseyn ibni Əli (ə) bu hökumətin namuslu
olmasına inanmır və Yezid kimi ləyaqətsiz adamın hakimiyyət
etdiyi dövlətdən hər bir iyrənc iş gözləyir.
İmamın (ə) bu hərəkəti siyasi və ictimai baxımdan Yezidin
dövlətinə böyük zərbə sayılırdı. Ona görə ki , İmamın (ə) bu işi
ilə hamının zehninə belə bir sual gələcəkdi ki , nəyə görə
Hüsyn ibni Əli (ə) belə bir ağır səfərə qadın və uşaqlarını da
özü ilə apardı? Məgər Peyğəmbər (s.ə.a.s.) balası bu dövlətə öz
qadın və uşaqlarını belə etibar edə bilmir.