Page 107 - Islamic Studies 04
P. 107
106) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
Quranın Mələklər aləmindən yer üzünə nazil olması
Quranın möcüzələrindən biri də, bu müqəddəs kitabın
Cəbrail mələyinin vasitəsi ilə Peyğəmbərə (s.ə) nazil
olmasıdır. Quran Məkkə şəhərində nazil olub və bu kitab islam
dininin ən mötəbər və əsas kitabıdır. Ayələrə əsasən Quranın
nazil olma tarixi Ramazan ayına və Qədr gecəsinə təsadüf edir.
On iki ay içərisində ən önəmli və dəyərli Ramazan ayı olduğu
üçün, eyni zamanda da il boyu bütün gecələr içərisində Qədr
gecəsi ən üstün gecə olduğunu nəzərə alanda, bu kitabın nə
qədər əzəmətli bir kitab olduğu məlum olur.
Təsəvvür edin ki, dünyada mövcud olan milyonlarla kitab
içərisində bir tək Quran Allah tərəfindən göndərilib və yalnız
bu müqəddəs kitabın müəllifi aləmlərin Rəbbi olan Allahdır.
Bundan üstün bir möcüzəmi ola bilər? Təsəvvür edin ki, bir
insana Allah çox sayda ismariclar yollayır və sonda həmin
ismarıclar kitab həddinə çatır. Ona görə də Quranın misilsiz və
tayı-bərabəri olmayan bir kitab olmasının əsas səbəblərindən
biri də budur ki, bu kitab mələklər aləmindən və Allahın
vasitəsi ilə göndərilmiş bir kitabdır.
Bəzi islam düşmənləri və islamdan xəbəri olmalaynlar
Quranın Allah tərəfindən göndərilmədiyini iddia edirlər.
Onların iddiasına görə Quranı Peyğəmbərin (s.ə) özü yazıb və
bu kitab Allah tərəfindən göndərilməyib.
Bu düşüncədə olan insanlar həm Peyğəmbərin (s.ə) dövründə
olub, həmdə hal-hazırdakı dövrdə var.
Allah bu düşüncənin yanlış olduğunu bildirmək üçün bir
neçə Quran ayəsi nazil edib və bu ayələrin vasitəsi ilə onların
yanlış fikirdə olduqlarını sübut edib.
Allah ayələrin bəzisində bu yanlış fikirdə olan insanları
Qurana oxşar olan kitabın gətirilməsini istəyir. Yəni Allah
həmin insanlara üz tutaraq, belə buyurur: “Əgər Quranın Allah
tərəfindən nazil olmasına inanmayıb, onun bir insan tərəfindən