Page 124 - Islamic Studies 04
P. 124
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (123
Həmçinin də Yer üzünü paya kimi saxlayan dağlara Cənubi
Amerika qitəsinin Sakit okean sahili boyunca uzanan və
dünyada ən uzun dağ silsiləsi kimi tanınan, uzunluğu 9000, eni
500 və hündürlüyü 7 km olan And dağlarını, Avropada
yerləşən Alp dağlarını Avropa və Asiyada yerləşən Qafqaz
dağlarını, Afrikada yerləşən Kilimancaro dağını, Avstraliyada
yerləşən Kostyuşko dağını misal çəkmək olar.
Yerin üst qatinin yirğalanmamasi üçün paya rolunu
oynayan nəhəng dağlar
Məlumdur ki, Litosferin-yer qabığının aşağısında
“Astenosfer” təbəqəsi var. Bu təbəqə Litosferlə müqayisədə
daha nazik və hərəkətli təbəqədir. İsti və yarımqatı
maddələrdən təşkil olunmuş bu təbəqə yüksək geoloji istiliyə
və təzyiqə məruz qalanda yumşalıb əriyir. Bərk Litosfer
təbəqəsi yavaş hərəkət edən Astenosfer təbəqəsinin üzərində
üzür və ya hərəkət edir. Bu təbəqələrin aşağısında yüksək
hərarətə malik olan, yarımqatı qayalardan əmələ gələn,
təxminən, 2900 km qalınlığında olan və adına “Mantiya”
deyilən bir təbəqə var. Yerin üst səthi ilə müqayisədə özündə
daha çox dəmir, maqnezium və kalsium ehtiva edən Mantiya
daha isti və qalındır. Çünki Yerin daxilindəki hərarət və təzyiq
dərinliyə getdikcə daha da çoxalır.
Ona görə də yarımqatı maddə hesab olunan Astenosfer
qatının üzərində duran torpağın möhkəm dayanaraq
yırğalanmaması üçün yerin dərinliklərinə uzanan dağların
olması labüddür.
Bu barədə Uca Allah buyurur: (Allah yer kürəsi möhkəm
olsun) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan