Page 123 - Islamic Studies 04
P. 123

122) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

                 “Dağlar dirəklər kimi yerə gömülmüş dərin köklərə malikdir.
               Bu köklər yerin dərinliklərinə gedib çıxır. Ona görə də dağlar,
                                           1
               sanki payaya bənzəyir”.
                 Andre  Cailleux  həmin  kitabın  221-ci  səhifəsində  dağların
               köklərini belə təsvir etmişdir.
                 Çox  maraqlıdır  ki,  Quranın  nazil  olmasından  əsrlər  sonra
               dağları  Quranın  vəsf  etdiyi  kimi  müasir alimlər  də  həmçinin

               “paya” adlandırıblar.
                 Almaniyanın  məşhur  elmi  saytı  olan  www.researchgate.net
               saytında D. Pedreira, J. Gallart, J. A. Pulgar və J. Diaz kimi
               tanınmış  alimlər  də  həmçinin  dağların  mahiyyətindən  bəhs
               edərkən Qurandan xəbərləri olmaya-olmaya dağları Quran dili
               ilə  “paya”  kimi  vəsf  etmiş  və  Alp  dağlarının  kökünün  yerin
               dibinə 42 km dərinliyində uzandığını qeyd ediblər.
                 Paya  ərəb  dilində  ( دتو) “vatəd”,  ingilis  dilində  isə  “vedge”,
               yaxud “peg” adlanır.
                 Paya  bir  şeyi  saxlamaq  üçün  tir,  dayaq,  sütun,  dirək
               deməkdir. Həmçinin külək tərpətməsin deyə yerə paya vuraraq
               çadırı iplə bu payaya bağlayırlar.
                 Yer  üzünü  saxlamaq  üçün  paya  rolunu  oynayan  nəhəng
               dağlardan biri kimi Himalay dağını misal çəkmək olar.
                 Himalay  dağları  silsiləsi  7200  metrdən  hündür  olan  50-dən
               çox nəhəng dağları əhatə edir və Yer kürəsində olan ən hündür
               bir neçə zirvələrə malikdir. Everest adlanan ən yüksək zirvəsi
               8848  metr,  digər  14  zirvələrindən  10-u  isə  8000  metrdən
               hündürdür.  Himalay  dağlar  silsiləsi  Nepal,  Hindistan,  Butan,
               Çin və Pakistan kimi Asiya qitəsinin 5 ölkəsini əhatə edir. Bu
               dağların uzunluğu 2413 km, eni isə 250-300 km – dir. Himalay
               dağının yer səthindəki hündürlüyü 9 km olmasına baxmayaraq
               onun  yerin  altına  uzanan  kökünün  dərinliyi  125  km-dən
               çoxdur.

                                                     Anatomy of the Earth”, Cailleux, səh.220 . 1
   118   119   120   121   122   123   124   125   126   127   128