Page 127 - Islamic Studies 04
P. 127

126) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

                 “O, göyləri və yeri var edəndir. Allah`ın necə övladı ola bilər
               ki, Onun heç bir yoldaşı yoxdur. Hər şeyi O yaratmışdır. O,
                                   1
               hər şeyi biləndir!
                 Quranın  bu  məlumatı  müasir  elmin  kəşflərinə  tamamilə
               uyğundur. Astrofizikanın gəldiyi yekun nəticə ondan ibarətdir
               ki,  Kainat  özünün  bütün  məkan-zaman  ölçüləri  ilə  birgə
               nəhəng  bir  partlayış  nəticəsində  müəyyən  bir  sıfır  anında

               yaranıb.  Böyük  partlayış  nəzəriyyəsi  (ingilis  dilində  “Biq
               Banq”) güman edir ki, kainat təxminən 15 milyard il əvvəl bir
               nöqtədəki partlayış nəticəsində heç nədən yaranıb. Bu gün bu
               nəzəriyyə alimlər arasında kainatın mövcudluğunun başlanğıcı
               və yaranması haqda yeganə ümumi qəbul edilmiş gümandır.
                 NASA-nın 1992-ci ildə buraxdığı “COBE” peykinin xüsusilə
               həssas  cihazları  kainata  böyük  partlayışdan  sonra  yayıldığı
               güman  edilən  şüalanmanın  qalıqlarını  aşkar  etdi.  Bu  kəşf  öz
               növbəsində  kainatın  heç  nədən  yaranmasının  elmi  izahı  olan
               böyük partlayış nəzəriyyəsini təsdiqlədi.
                 Böyük partlayışa qədər maddə adlı heç nə yox idi. Maddə,
               cərəyan və zaman nə maddənin, nə cərəyanın, nə də zamanın
               var  olmadığı  və  sırf  metafizik  “heç  nə”  kimi  müəyyən  edilə
               bilən mühitdə yaradılıb. Müasir fizikanın elan etdiyi bu böyük
               həqiqəti Quran bizə 1400 il əvvəl xəbər verib.
               Kainatın genişlənməsi
                 Qurani-kərim kainatın genişlənməsindən hələ 14 əsr əvvəl –
               astronomiyanın  hələ  inkişaf  etmədiyi  bir  dövrdə  bu  sözlərlə
               bəhs edir:
                 “Biz     göyü      qüdrətimizlə      yaratdıq     və     Biz     onu
                                         2
               genişləndirməkdəyik”.


                                                                                Ənam, 101. 1
               2  Zariyat , 47.
   122   123   124   125   126   127   128   129   130   131   132