Page 120 - Islamic Studies 04
P. 120
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (119
faizi sudan ibarətdir. Sitoplazmanın analiz olunub elmi
mənbələrdə qeyd edilməsi Quranın göndərilməsindən əsrlərlə
sonra baş verib. Dolayısilə, bu gün elm dünyasının qəbul etdiyi
bu həqiqətin Quranın göndərildiyi dövrdə bilinməsi, əlbəttə ki,
mümkün deyildi. Ancaq buna baxmayaraq, Quranda bu
məsələyə insanların onu kəşf etməsindən 14 əsr əvvəl diqqət
çəkilib.
Dağların vəzifəsi
Allah Quranda Dağların geoloji xüsusiyyəti haqqında belə
buyurur: O, göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı.
Sizi yırğalamasın deyə yerə uca dağlar yerləşdirdi və onun hər
tərəfinə növbənöv canlılar yaydı. Biz göydən su endirib onunla
1
orada hər növ gözəl bitkidən bitirdik.
Əgər ayəyə diqqət etsək, dağların silkələnməyin qarşısını
almaq xüsusiyyətinə malik olduğunu başa düşərik. Quran nazil
olduğu əsrdə heç kimin dağların bu xüsusiyyəti barədə xəbəri
yox idi. Əsrlər keçdi və yalnız texnologiyanın inkişaf
etməsindən sonra dağların bu xüsusiyyəti insanlar üçün kəşf
oldu. Çünki keçmişdə insanlar elə güman edirdilər ki, dağlar
yalnız nəhəng obyektlərdir və onların həmin xüsusiyyətindən
başqa, digər xüsusiyyətləri yoxdur.
Lakin elm adamları dağların yalnız yer üzündə hündür
obyekt olmadığını başa düşdülər. Belə ki, alimlər uzun
tədqiqatlardan sonra bu nəticəyə gəldilər ki, dağlar öz
hündürlüklərindən də uzun olan çox dərin köklərə də
malikdilər.
Dağları bu xüsusiyyətləri ilə mismar ilə yerə bərkidilımiş
çadıra bənzətmək olar.
Loğman, 10 . 1