Page 125 - Islamic Studies 04
P. 125

124) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               dağlar,  çaylar  və  düzgün  səmt  götürməniz  üçün  yollar
                        1
               yaratdı.
                 Bir  qədər  əvvəldə  Loğman  surəsindəki  ayəyə  yenə  diqqət
               edək.  Allah  həmin  ayədə  belə  buyurur:  O,  göyləri  görə
               biləcəyiniz  bir  dirək  olmadan  yaradıb  saxlamış,  yer  sizi
               silkələməsin  deyə,  orada  möhkəm  dağlar  qurmuş  və  ora
               cürbəcür  heyvanlar  yaymışdır.  Biz  göydən  yağış  yağdırıb
                                                          2
               orada cürbəcür gözəl bitkilər bitirdik.
                 Əlbəttə  ki,  14  əsr  öncə  Qurani-Kərimin  dağların  Yer
               kürəsində  olan  rolu  barəsində  dediyi  tam  dəqiq  məlumat
               Quranın  və  Məhəmməd  peyğəmbərin  (s.ə)  Allah  tərəfindən
               haqq olaraq göndərilməsinə bir daha sübutdur.
                 Allah-tala Qurani-Kərimin bir ayəsində belə buyurur: Onun
               (Quranın)  haqq  olduğu  onlara  bəlli  olsun  deyə,  Biz  öz
               dəlillərimizi  onlara  həm  xarici  aləmdə  (üfüqlərdə,  kainatda,
               göylərin və yerin ətrafında), həm də onların özlərində mütləq
               göstərəcəyik. (Ey Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid
                                                                                  3
               olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!.
                 Alllah insanların doğru yola hidayət olmaları üçün, yaratdığı
               varlıqlardakı  qeyri  adi  xüsusiyyətləri  xatırladaraq,  digər  bir
               ayədə  isə  belə  buyurur:  De:  Həmd  olsun  Allaha!  O  Öz
               dəlillərini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız.
                                                                         4
               Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!

               Mikroskopik həyatın varlığı
                 Allah  Yasin  surəsinin  36-cı  ayəsində  buyurur:  Torpağın
               bitirdiklərindən, (insanların) özlərindən və bilmədikləri başqa
               şeylərdən bütün cütləri yaradan Allah pak və müqəddəsdir!



                                                                                  Nəhl, 15 . 1
                                                                               Loğman, 10 . 2
                                                                               Fussilət, 53 . 3
                                                                                 Nəml, 93 . 4
   120   121   122   123   124   125   126   127   128   129   130