Page 121 - Islamic Studies 04
P. 121
120) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
Digər bir ayədə isə Allah belə buyurur: Biz yer üzünü
1
döşəmədikmi?! Dağları da dirəklər etmədikmi?!
Bildiyimiz kimi digər dinlərdən fərqli olaraq İslam dini ilə
elm bir-birindən ayrılmaz məfhumdur. Son əsrlərdə meydana
çıxan bir çox elmlər vardır ki, Qurani-Kərim bu elmlər barədə
14 əsr əvvəl dəqiqliklə məlumat vermiş və nəhayət dünya
elmləri inkişaf etdikdən sonra Quranda deyilən elmi həqiqət öz
təsdiqini tapmışdır. Buna misal olaraq Quranın Geologiya
elminə işarə edərək dağların və onların Yer kürəsində rolu
barəsində tam dəqiqliklə xəbər verməsidir.
Hər kəs bilir ki, dağlar şiddətli qasırğa və tufanların zərərinin
qarşısını alır, hava axınını düzənləyir, qışda üzərindəki bol
qarlar yayda əriyərək çaylara, göllərə axır və bununla da bütün
canlılar faydalanmış olurlar.
Həmçinin dağlar olmasaydı Yer üzünün çoxluğunu təşkil
edən okean və sular torpağı udar, torpaq yer səthində sabit
qalmaz, sular torpaq daxilində cəm ola bilməz və bitkilər də
bitməzdi. Qısa desək, Allah yer üzünə lütfü olan dağları
yaratmasaydı, Yer kürəsində yaşamaq mümkünsüz olardı.
ABŞ-ın məşhur elmi saytı olan www.qz.com saytında
deyilir:
“Dağlar olmasaydı, Yer Mars kimi soyuq və cansız ola
bilərdi”.
Lakin dağların ən mühüm digər faydası da vardır ki, bu
barədə Allah-tala Qurani-Kərimdə buyurur: Məgər Biz yeri
döşək və dağları da payalar etmədikmi?!
2
Uca yaradan Qurani-Kərimdə dağları qısa bir kəlmə ilə
“paya” adlandırmasına baxmayaraq onun Yer üzündə olan və
gələcək nəsillərin özlərinin də şahidlik edəcəyi böyük bir
funksiyasına işarə etmişdir.
Nəb ə, 6 . 7 - 1
Nəbə, 6,7 . 2