Page 122 - Islamic Studies 04
P. 122

Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (121


                 Keçmiş ABŞ Prezidenti Jimmy Karterin məsləhətçisi olmuş
               və  eyni  zamanda  12  il  ABŞ  Milli  Elmlər  Akademiyasının
               rəhbəri vəzifəsində çalışmış professor Emeritus Frank Pressin
               iki müəllifdən biri olduğu və bir çox dünya universitetlərində
               tədris  edilən  “Earth”  (Yer)  adı  ilə  tanınan  kitabın  158,  220,
               413  və  435-ci  səhifələrində  dağların  köklərinin  torpağın
               dərinliklərinə  sancıldığını, buna  görə  də  dağların  paya  və  ya
               çiv  rolunu  oynadığını  qeyd  edərək  sxematik  təsvirini  də
               göstərmişdir.
                 Yer kürəsini tədqiq edən müasir elmlər dağların yerin altında
               dərin  köklərinin  uzandığını  və  bu  köklərin  dağların  torpağın
               üst qatında olan hissəsindən 10-20 dəfə daha nəhəng olduğunu
               təsdiq edir.
                 ABŞ-ın  məşhur  testingtheglobe.com  adlı  elmi  saytında:
               “Dünya dirəklərlə qorunan yaxud bərkidilən və suyun uzərində
               üzən bir disk kimidir”- yazılmış və bu şəkil də həmin saytda
               qeyd olunmuşdur.
                 İlk  dəfə  dağların  kökünün  olduğu  19-cu  əsrin  sonunda
               məşhur  İngilis  alimi  Corc  Bidel  Eri  (1801-1892)  tərəfindən
               kəşf edilmişdir.
                 Belə ki, London Geologiya Cəmiyyətinin saytında “Dağların
               kökü” haqqında yazılmış məqalədə Corc Bidel Erinin dağların
               yerin  altında  kökləri  olduğu  üçün  daha  az  qravitasiya
               çəkdiklərini və onların daha çox hissəsinin yerin altında suda
               üzən aysberq kimi uzandqlarını söylədiyi qeyd olunmuşdur.
                 İngiltərənin  məşhur  ensklopediya  saytında  deyilir:  “Yüksək
               dağların mantiyanın altında dərinliklərə enən az sıxlıqlı kökləri
               vardır”.
                 Fransalı  Professor  Andre  Cailleux  1968-ci  ildə  çap  edilmiş
               “Anatomy of the Earth” (“Yerin anatomiyası”) kitabında deyir:
   117   118   119   120   121   122   123   124   125   126   127