Page 126 - Islamic Studies 04
P. 126
Quranın reallıqlar ilə uyğunluq baxımından möcüzə olması (125
Həmçinin Nəhl surəsində belə buyurur:
Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və
uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-
1
neçə şeylər də yaradacaqdır.
Ayədən məlum olur ki, Allah insanların xəbərsiz olduğu
varlıqları da yaradıb və yaradacaq. Allah Quranın nazil olduğu
bir dövrdə, həmin məxluqların yaradılacağına işarə etmişdir.
Belə ki, mikroskopun ixtira olunmasından sonra gözlə
görünməyən varlıqlar, mikroskop vasitəsi ilə kəşf oldular.
Allahın yaratdığı və onların varlığından insanların xəbəri
olmadığı canlılar arasında, uca yaradan olan Allah həddən
artıq kiçik canlılar da yaradıb ki, keçmiş zamanlarda onları adi
gözlə görmək mümkün olmayıb. Amma zaman keçdi, elm və
texnologiya inkişaf etdi və mikraskop vasitəsi ilə onları
görmək mümkün oldu. Alimlər Quranın əsrlər öncə işarə etdiyi
canlılar haqqında daha çox məlumat əldə etmək üçün, daha
geniş və ətraflı tədqiqat aparmağa başladılar. Alimlərin
araşdırmaları nəticəsində həmin canlılar haqqında çox sayda
və fərqli məlumatlar əldə edildi. Belə ki, bu araşdırmalardan
sonra çox kiçik, adi gözlə görünməyən və cüt olmayan
varlıqlar kəşf edildi.
Bu kiçik və canlı yaradılmışlar da öz növbəsində həm uca
yaradan olan Allahın varlığına, həmdə Quranın möcüzəvi və
reallıqlar ilə uyğun olan bir kitab olduğunu sübut edir.
Kainatın yaradılması
Allah-tala Qurani-kərimdə Kainatın yaranması haqqında belə
buyurur:
Nəhl, 8 . 1