Page 119 - Islamic Studies 04
P. 119
118) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)
Allah bu cansız və şüursuz maddələri məntiqli şəkildə bir
araya gətirib, ağıllı və dərrakəli insanı yaratdı.
İnsanın torpaqdan yaradılmasının səbəbini başa düşmək
üçün, onun tərkibində torpaqdakı maddələrin olduğunu bilmək
kifayət edər.
Bəzi ayələrdə isə insanın sudan yaradılması bildirilir.
Aşağıda həmin ayələri gətiririk.
Allah hər bir canlını sudan yaratdı. Onlardan eləsi var ki,
qarnı üstə sürünür, eləsi var ki, iki ayaq üstündə gəzir, eləsi də
var ki, dörd ayaq üstündə gəzir. Allah dilədiyini yaradar.
1
Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
İnkar edənlər göylər və yer bitişik ikən Bizim onları
ayırdığımızı və hər bir canlını sudan yaratdığımızı
2
görmədilərmi?! Hələ də iman gətirmirlərmi?
İnsanı sudan (nütfədən) yaradıb onu nəsillərə çevirən və
aralarında qohumluqlar yaradan Odur. Rəbbin hər şeyə
3
qadirdir.
Canlıların və insanın yaradılması ilə bağlı ayələrə nəzər
salanda bu cür xəlq edilmənin möcüzəli məsələ olduğunu
aydın şəkildə görürük.
Bu möcüzəli yaradılışın formalarından biri canlıların sudan
xəlq edilməsidir. İnsanların əksər ayələrdə qeyd edilən bu
həqiqətə yetişməsi isə əsrlər sonra mikroskopun icad edilməsi
ilə mümkün olub.
Bu gün əsas ensiklopediyalarda "Su canlı maddənin ən böyük
xassəsidir. Canlı orqanizmlərin kütləsinin 50-90 faizi sudur"
ifadələri geniş yer tutur. Bundan əlavə, haqqında bütün
biologiya kitablarında bəhs edilən standart bir heyvan
hüceyrəsinin sitoplazması (hüceyrənin əsas maddəsi) da 80
Nur, 45 . 1
Ənbiya, 30 . 2
Furqan, 54 . 3