Page 163 - Islamic Studies 04
P. 163

162) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               -  "Allahın    nemətləri  barədə  edilən  təfəkkür  ən  gözəl
                              2
               təfəkkürdür".
               - "Allahın nemətləri barədə təfəkkür edin, çünki heç vaxt Onun
                                                            3
               zatının əzəmətini dərk edə bilməzsiniz".
                - "Allahın keyfiyyəti, necəliyi haqqında fikirləşən yolunu azar
               və məhv olar".
                                4
               - "Allahın zatı haqqında təfəkkürdən çəkinin, çünki bu, insan
                                                 5
               üçün yalnız sapqınlıq gətirər".



               Təfəkkürün əhəmiyyəti

                 Quranda  təfəkkürlə  bağlı  buyurulan  ayə  və  hədislərə  nəzər
               yetirdikdə  təfəkkürün  aşağıdakı  kimi  iki  mühüm  sahəyə
               ayrıldığı məlum olur:
               1. Qadağan olunan təfəkkür:
               a)  Allahın zatı ilə bağlı
               b) Günah və şərlə bağlı



               1.  Təmimi  Amidi,  Əbdulvahid  ibn  Məhəmməd       “Ğurərul-hikəm  və
               durərul-kiləm”, s.. 56 - Bu hədisdən "Elə isə elmlə məşğul olan insana
               ibadət lazım deyil" - kimi nəticə almaq tamamilə yanlışdır. Çünki elm və
               ibadətlə  bağlı  yüzlərlə  ayə  və  hədis  mövcuddur.  Bunların  hər  birini
               nəzərə  aldıqda  belə  nəticə  çıxır  ki,  bu  hədisin  mənası  insanlara  elmin
               müqəddəsliyini,  ucalığını  və  əzəmətini  göstərməkdir.  Çoxsaylı  ayə  və
               hədislər bizə elmlə məşğul olarkən ibadəti unutmamağı, ibadətlə məşğul
               olduqda  isə  elmi  unutmamağı  tövsiyə  edir  və  insanın  bu  ikisinin
               əhatəsində kamilləşə biləcəyini bildirir.
               2. Müstədrəkül-vəsail, c. 11, s.185
               3. Biharul-ənvar, c. 68, s. 322
               4.  Məhəmməd  ibn  Yəqub  ibn  İshaq  Kuleyni  ,  Üsuli-kafi,  c.  1,  s.  93;
               Biharul-ənvar, c. 3, s. 264
               5. Səduq, “ Tövhid ”, s. 457
   158   159   160   161   162   163   164   165   166   167   168