Page 164 - Islamic Studies 04
P. 164

Dinə söykənən əxlaq/ (163


               2. Bəyənilən təfəkkür:
               a)  Yaradılış haqqında (Aləmşünaslıq)
               b) İnsan haqqında (İnsanşünaslıq)
               v) Allahın sifətləri haqqında (Allahşünaslıq).

               İdeoloji və məchullu təfəkkür
                 Digər tərəfdən, insan, hətta (məsələn, Quranda təfəkkür üçün
               göstərilən)  aləm,  dəvə  və  səma  haqqında  düşündükdə            də,
               məchullarla üzləşir və  bu  məchulları  məluma  çevirmək üçün
               təfəkkürdə  yanlışlığa  yol  verməməyə  çalışır.  Allah-Taala
               Qurani-Kərimdə Ali-İmran surəsinin 191-ci ayəsində buyurur:
               "O     kəslər  ki,  ...  göylərin  və  yerin  yaradılması  haqqında
               düşünər".  Əlbəttə,  bu  ayədə  göylərin  və  yerin  yaradılması
               haqqında  təfəkkür  edərək  heyrət  və  imanla  dolu:  "Doğrudan
               da,  Allah  göyü  və  ulduzları  nə  qəribə  yaratmışdır?"  nəticəsi
               almır. Belə təfəkkür, yalnız imanlı şəxslərə aiddir. Elə şəxslər
               var  ki,  səmaya  baxdıqda,  heç  də  qeyd  etdiyimiz  nəticəyə
               yetişmirlər. Onlar heç ulduzları Allahın yaratdığı varlıq kimi
               qəbul  etmirlər .  Yaxud  yuxarıdakı  iman  yönlü  sualdan  sonra
                               1
               düşünə bilərik ki, "Onda bəs Allahı kim yaradıb?";  "Görəsən,
               bu  Allahdan  başqa  Allah  da  varmı?";    "Əgər  yoxdursa,  bu
               Allah var ola bilirsə, niyə başqa Allah var ola bilmir?" və s. bu
               kimi  suallar insanı məchullarla üz-üzə qoyur. Demək olar ki,
               çox zaman iman müstəqil şəkildə məchulları məluma çevirə və
               onlara  cavab  verə  bilmir.  Deməli,  təfəkkür  yalnız  heyrət  və



               1. Materialist görüşünə görə aləm və aləmdəkilər Allah tərəfindən deyil,
               maddələrin  yerdəyişməsi  və  maddələrdəki  dəyişikliklər  nəticəsində
               yaranmışdır. Lakin Aristotel, Farabi və İbn Sina kimi böyük alimlər isbat
               etmişlər ki, hər şey Allahın iradəsi ilə yaranmışdır və materialist görüşü
               əsassızdır.
   159   160   161   162   163   164   165   166   167   168   169