Page 165 - Islamic Studies 04
P. 165
164) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
imanla dolu düşüncədən ibarət deyil. Yuxarıdakı birinci növ
təfəkkürü ideoloji, ikinci növ təfəkkürü ( həqiqi sualla yanaşı
olan təfəkkürü ) isə məchullu təfəkkür adlandırmaq olar.
İdeoloji təfəkkürdən, adətən, Allaha iman gətirən və sadə
insanlar istifadə edir. Həzrət Peyğəmbərin (s) bir çox dəyərli
səhabələri də Allaha belə təfəkkürlə yaxınlaşmışlar. Məchullu
təfəkkürdən isə daha çox, hər sözü asanlıqla qəbul edə
bilməyənlər, alim və filosoflar istifadə edirlər. Hər halda, deyə
bilərik ki, bu iki növ təfəkkürün bir- biri ilə sıx əlaqəsi vardır.
Bu məsələ insan psixologiyası və başqa elmlərin mövzusudur.
Buna görə də alimlər təfəkkürə ümumi yanaşmış və ona geniş
şəkildə izahlar vermişlər.
Təfəkkürün tərifi
Təfəkkür ümumi camaat arasında "zəruri təsəvvür” dən
ibarətdir. Yəni təfəkkür, başa düşülməsində düşüncəyə
ehtiyacı olmayan məfhumdur. Amma elm və insan
psixologiyası məqamında isə o, "nəzəri təsəvvüf '' hesab edilir.
Yəni onun mənası, tərifi dəqiq verilməlidir. Çünki elm
dəqiqlik tələb edir və hər hansı bir sahə ilə bağlı məsələlərə
aydınlıq gətirmək üçün, əlbəttə ki, hər şeyin dəqiq mənası izah
edilməlidir. Alimlər ümumi olaraq təfəkkürə aşağıdakı kimi
tərif vermişlər:
Təfəkkür - zehnin məchulla məlum arasındakı hərəkətindən
ibarət olan aktiv idrak formasıdır.
Burada aktiv dedikdə, kompüter beyninin passiv hərəkətinin,
yəni iradəsiz, ixtiyarsız, şüursuz hərəkətinin əksinə olaraq,
onun iradəli, ixtiyari, şüurlu hərəkəti başa düşülür və bu
hərəkət beş əsas mərhələyə bölünür. Bu mərhələlərə aşağıda
işarə olunacaq.