Page 166 - Islamic Studies 04
P. 166

Dinə söykənən əxlaq/ (165


               Zehin və kompüter
                  Məlumdur  ki,  kompüterin  işləmə  prinsipi  zehnin  işləmə
               prinsipi  ilə  eynidir.  Alimlər  zehin  üzərində  uzunmüddətli
               araşdırmalardan sonra, nəhayət, süni zehni — kompüteri ixtira
               edib təkmilləşdirmişlər.
                  Siz  kompüterdə  bir  məsələni  həll  edərkən  müəyyən
               düymələri  basmaqla  bir  anda  məsələnin  həllini  ekranda
               müşahidə  edirsiniz.  Amma  bəzən  bu  proses  bir  qədər  uzun
               çəkir. Zehin  də  (demək  olar  ki,)  eynilə  belədir. Amma  gəlin
               görək  kompüterdə,  bir  anda  baş  verən  hərəkət  hansı
               mərhələləri keçərək sona çatır?
                 Kompüter  ikilik  (0;1)  say   sistemində  işlədiyindən,  daxil
                                                1
               edilən  məlumatların  hamısını  ikilik  say  sisteminə  çevirərək
               məsələni  həmin  məkanda  həll  edib,  sonra  yenidən,  cavabı
               ikilik  say  sistemindən,  verilən  məlumatlar  məkanına  çevirib
               ekrana  verir.  Məsələn,  "5+2=7".  Əvvəlcə,  öz  ana
               məlumatlarının  arasından,  daxil  edilən  "5"  ədədinə  uyğun
               ikilik  say  sistemindəki  ədədlə  "2"  ədədinə  ikilik  say
               sistemindəki  uyğun  ədədi  toplayıb  həmin  say  sistemində  bir
               ədəd  alır.  Yeni  alınan  ədədi  ana  məlumatlarda  axtarıb  onluq
               say  sisteminə  uyğun  olaraq  ekrana  verir.  Maraqlıdır  ki,  bu
               qədər proses saniyənin onda, yaxud yüzdə bir hissəsində baş
               verir.






               1 Mövqeli say sisteminin 4 say sistemi var: İkilik say sistemi, Səkkizlik
               say sistemi, Onluq say sistemi, Onaltılıq say sistemi. Onluq say sistemi
               bizim gündəlik işlətdiyimiz say sisteminə deyilir.
   161   162   163   164   165   166   167   168   169   170   171