Page 173 - Islamic Studies 04
P. 173
172) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
yaxud heyvan) öz zatının var olduğunu birbaşa dərk
etdiyindən, onun zatında yer alan ikinci ünsürün də varlığını
öz zatı ilə dərk etməlidir. Belə yer almanın əşyaların aynada
əks olunaraq yer almasından fərqi aktiv olmadadır, yəni ikinci
ünsürün məkanına çevrilən birinci ünsür aynanın əksinə
olaraq, həmçinin bu yer almanı şüurlu şəkildə qavrayır və bu
prosesdən agahdır.
İnsanın öz zatını, onun var olduğunu birbaşa hiss etməsi, dərk
etməsi "hüzuri", zatında yer alan ünsürlər vasitəsi ilə xarici
obyektlərin varlığını dərk etməsi isə "hüsuli" idrak forması
olur.
İndi də idrakın növlərinə və idrak sayəsində yaranan biliklər,
yaxud məlumatlar sisteminə baxaq.
İdrak prosesi zamanı dərk edən - "alim", dərk olunan "bilik"
(yaxud elm, məlumat) adlanır. Aşağıda adı çəkilən hər idrak,
bu tərifin nümunəsi olacaq.
İdrakın növləri və biliklər sistemi
İdrak prosesi zamanı yaranan biliklər bir neçə cəhətdən
növlərə bölünür:
- Ya hüsuli (təcrübi), ya da hüzuridir (fitridir).
- Ya hissi, ya xəyali, ya təxəyyül, ya vəhmi, ya da əqlidir.
- Ya təsəvvür, ya da təsdiqdir.
- Ya zəruri, ya da nəzəridir.
İnsanın bir şeyi dərk etməsi "idrak" prosesi, bu idrak prosesi
zamanı dərk edən - "alim" (idrakın "subyekt"i), dərk olunan -
"məlum, bilik" (idrakın "obyekt" i) adlanır.