Page 226 - Islamic Studies 04
P. 226
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli cəhətləri/ (225
Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən
özlərini saracaq yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin
surunun birinci dəfə çalınmasına) bənddirlər.
Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin
yanına qayıda bilərlər! (Yasin surəsi\49-50)
İkinci üfürmədə bütün insanlar qəbirlərindən qalxıb Allahın
ədalət məhkəməsində hazır olmağa hazırlaşacaqlar. Aşağıdakı
ayə bu məsələyə toxunur:
Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan
istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən,
yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman
şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir
daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın
əmrinə) müntəzir olacaqlar! (əz-Zumər surəsi\68)
“Yasin” surəsinin 51-ci ayəsində iki üfürmə haqda buyurulur:
Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən
qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. (Yasin
surəsi\51)
Surun üfürülməsi hökmən baş verəcək hadisələrdən olsa da,
onun necəliyi və incəlikləri qeybi məsələlərdəndir. Ona görə
də bizə məlum deyil.