Page 227 - Islamic Studies 04
P. 227
226) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
3-3. Son mühakimə
Qayıdışdan sonrkı mühüm hadisələrdən biri, sonuncu
mühakimədir ki, normal və ümumi bir məsələ olacaq. Bu
inanca əsasən ölülər gördükləri işlər əsasında mühakimə
olunmaq üçün diriəcəklər. Əhdi-Cədiddə dəfələrcə bu
mühakiməyə işarə olunub. Matta İncilində gəlib:
“mən öz mələklərimlə atamın əzəmətində gələcəm və hər kəsi
əmələri üzündən mühakimə edəcəm.”1
Piter Afinada elan etdi ki, Allah öz seçdiyi şəxsin vasitəsi ilə
dünyanı ədalət və insafla mühakimə edəcəyi günü
müəyyənləşdirib.2 Yenə o bildirib ki, Tanrı bizləri mühakimə
etməsi üçün gərək bir gün onun mühakimə taxtı önündə
dayanaq.3
Islamdinin təlimlərinə əsasən Qiyamətin digər hadisələrindən
biri budur ki, o gün bütün ölü cin və insanlar4 cəm olarlar.
Qiyamətdə yalnız əməllər hesab ediləcək. Orada təklif
olmayacaq
Buna görə də Quranda qiyamət haqda “yavmud-din” və
“yavmul-hesab” təbirləri işlənmişdir.
. Matta 27: 16. 1
. Həvarilərin İşləri 17: 31; Romalılara 2: 16. 2
. Romalılara 14: 10. 3
Bəzi hədislərdə gəlmişdir ki, məzlum olmuş heyvanlar və insanları incidən heyvanlar 4
qiyamətdə hazır olarlar və mühakimə olunarlar.